Previous Next
Bağla

DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

18-05-2026 17:52
DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi bir sıra sertifikat və şəhadətnamələr vətəndaşların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri (mygov ID) vasitəsilə təqdim olunacaq.

Xeberler.az məlumat verir ki, bununla bağlı müvafiq normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 may tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilib.

Qeyd olunub ki, məqsəd vətəndaşlara göstərilən xidmətlərin tam elektronlaşdırılması, kağız daşıyıcılardan imtina edilməklə xidmətlərin səmərəliliyinin artırılması və “rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsidir. Qərara əsasən, elektron kabinetlər (mygov ID) vasitəsilə təqdim ediləcək sənədlər sırasına elektron dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi sertifikatları daxildir.

Bununla yanaşı, peşəkar mühasib sertifikatları, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatları, sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatları, həmçinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas şəhadətnamələri də elektron formada təqdim olunacaq.

Elektron qaydada təqdim ediləcək sənədlər arasında ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyətinə dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair şəhadətnamələr də yer alır.

Bildirilib ki, şəhadətnamələr DİM-in səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənəcək və elektron sənəd formasında vətəndaşların mygov ID kabinetlərinə göndəriləcək.

Sənədlərin üzərində yerləşdirilən QR-kod vasitəsilə onların həqiqiliyinin real vaxt rejimində yoxlanılması mümkün olacaq. Vətəndaşlar həmçinin bu sənədləri elektron qaydada paylaşa, zəruri hallarda isə çap edə biləcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Taksi sürücülərindən tələb ediləcək sənədlər açıqlandı

01-12-2023

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Sertifikatların elektron qaydada verilməsinə dəyişiklik edilib

07-09-2019

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

Qiymətləndiricilər Palatası "mygov.az"a inteqrasiya olunur

20-10-2025

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

DİM-in elektron məlumat sistemləri ETX tərəfindən dövlət qeydiyyatına alınıb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə