Previous Next
Bağla

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025 18:34
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Ölkədə rəqəmsal hökumət infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Xeberler.az bildirir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid Kommunal Xidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasında işlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin və qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən “Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqi aktların vahid bazasını formalaşdıran “Yerli İcra Hakimiyyəti Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”, dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd mübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlət informasiya resurslarını vahid bazada birləşdirən “Dövlət İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin Vahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi” və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən “Vahid Giriş” bu altsistemlərə daxildir.

EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”, “mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portalları üzərindən təqdim ediləcək.

Qeyd edək ki, sahibkarlıq subyektlərinə dövlət xidmətləri "mygov Biznes" portalı üzərindən təqdim olunacaq. “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə fərdi məlumatların sahibkarlıq subyektləri ilə qanuni əsasla paylaşılması mümkün olacaq, sahibkarlıq subyektlərinin xidmətləri “mygov” və “mygov Biznes” portalları vasitəsilə təqdim oluna biləcək. Həmçinin vətəndaş müraciətləri və informasiya sorğuları “mygov” portalı üzərindən göndərilə biləcək. Bundan əlavə, mobil tətbiqlər, virtual köməkçilər və digər rəqəmsal kanallar vasitəsilə də əlçatan olacaq. İstifadəçiyönümlü yanaşma və rahat interfeys prinsiplərinə əsaslanan bu imkanlar, vətəndaşların və biznesin rəqəmsal xidmətlərdən istifadəsini sadələşdirəcək.

Yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyində rəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini və əlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək. Nəticədə həm vətəndaş, həm dövlət, həm də biznes üçün vaxt və resurs qənaəti təmin olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

12-08-2025

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib

26-01-2026

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024

DİM-in bəzi sertifikat və şəhadətnamələri “mygov” ilə təqdim ediləcək

18-05-2026

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

Prezident: Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir

11-02-2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə