Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” növbəti beynəlxalq uğur qazanıb.
Xeberler.az məlumat verir ki, Xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq jurnalının müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək “İnnovasiyada Mükəmməllik-2024” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri