“Elektron hökumət” bülleteni üzrə jurnalistlər üçün brifinq keçirilir

10-02-2015 / 12:24

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" bülleteni üzrə jurnalistlər üçün növbəti brifinq keçirilib.

Xeberler.az-ın məlumatına görə, brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər baradə məlumatlar verilib.

Brifinqdə RYTN-nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovla yanaşı , Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin , Elektron İpoteka portalının nümayəndələri çıxış edərək elektron xidmətlər və yeniliklər baradə jurnalistlərin suallarını cavablandırıblar.

Bildirilib ki, Məlumat Hesablama Mərkəzi “Start up Azərbaycan 2015” layihəsi çərçivəsində data.gov.az portalanın açıq məlumatlarından istifadə etməklə “Bax, istifadə et və yarat” adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edib.

İKT mütəxəssisləri, startapçılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə fevralın 2-dən başlayıb. Müsabiqəyə qatılmaq üçün açıq məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradılıb tədqim etmək lazımdır.

Müsabiqə hər il keçirilən ümumi “Startap Azərbaycan 2015” layihəsi çərçivəsində “E-gov mobil tətbiqlər” istiqaməti üzrə həyata keçirilir.

Jurrnalistlərin diqqətinə çatdırılıb ki, artıq portalda media bölməsi istifadəyə verilib və  bu bölmədə ən son yeniliklərin press- relizi “Elektron Hökumət KİV- də” adlı alt menyular nəzərdə tutulub. Elektron hökumətlə bağlı yazılan xəbərlər, araşdırmalar, video sujetlər də burada yer alacaq. İlin sonunda elektron hökümətlə bağlı ən çox məqalə yazan və maarifləndirmə aparan jurnalist mükafatlandırılacaq. Bildirilib ki, buna görə iştirakçılardan e-hökumətlə bağlı materialların linkini press@ rabite.az ünvanına göndərmələri xahiş olunur.

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur.  Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Görülən işlərin mətbuata birbaşa elan olunması məqsədi ilə hər ayın ilk 10 günündə “Elektron hökumət” bülletini üzrə brifinq keçirilir.

Məltəm Talıb


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə