Previous Next
Bağla

Elektron Hökumət Tədris Mərkəzi İT təlimlərə başlayır

06-10-2016 15:20
Elektron Hökumət Tədris Mərkəzi İT  təlimlərə başlayır

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) fəaliyyətini genişləndirir.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi artıq informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.

Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:

“Elektron hökumət” üzrə İT biliklər və İT bacaraıqlar;

Ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə;

İT texniklik və informasiya təhlükəsizliyi;

Şəbəkə texnologiyaları və sistem inzibatçılığı;

Proqramlaşdırma, kodlaşdırma;

İnsan resurslarının inkişafı.

Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.

EHTTM-nin Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala, Bərdə kimi 15 şəhərdə yerləşən regional mərkəzləri vardır. Bunun sayəsində təkcə Bakıda deyil, həmçinin regionlarda da əhalinin, xüsusən də gənclərin İKT biliklərinin artırılması, mövcud bacarıqlarının inkişafına töhfə veriləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil edilir.

Müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş kompüter otaqlarında və laboratoriyalarda təcrübəli və peşəkar müəllimlər tərəfindən ən müasir metodika ilə təqdim edilən təlimlər sayəsində hər bir tələbənin keyfiyyətli biliklər əldə etməsinə zəmanət verilir.

Mərkəzin Facebook, Twitter, Instagram səhifələrindən də ətraflı məlumat edə bilərsiniz. 

Mərkəzin əsas ofisi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ünvanında Sizlərin xidmətindədir. Əməkdaşlıq və təlimlərdə iştirak etmək üçün (012) 5050113 və (077) 5050113 nömrəli telefonlar, [email protected] e-poçt, www.e-training.az və www.telim.az saytları vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT ilə bağlı böyük sosial layihə başladı

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017
Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

21-05-2015
Rabitə sahəsində işləmək istəyən tələbələrin nəzərinə

Rabitə sahəsində işləmək istəyən tələbələrin nəzərinə

14-11-2016
İKT təlimlər başlayıb

İKT təlimlər başlayıb

26-10-2017
Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına  start verilir

Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

07-09-2021
RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017
Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin  hazırlanmasına başlanılıb

Regionlarda informasiya texnologiyaları sahəsində təlimçilərin hazırlanmasına başlanılıb

14-10-2021
İT sahəsində karyera qurmağın yeni məkanı- Reportaj

İT sahəsində karyera qurmağın yeni məkanı- Reportaj

13-12-2016
Gəncədə İT üzrə təlimlər keçirilib

Gəncədə İT üzrə təlimlər keçirilib

27-04-2018
Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

Bölgələrdə yaşayan uşaqlar üçün onlayn təlim keçirilib

12-11-2016
Regionlarda əhalinin  İKT  savadlılığı artırılır

Regionlarda əhalinin İKT savadlılığı artırılır

05-11-2015
İKT üzrə təlimlər keçirilib

İKT üzrə təlimlər keçirilib

02-10-2018
“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

20-12-2013
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
Vergilər Nazirliyi İKT sahəsində fəaliyyətini genişləndirir

Vergilər Nazirliyi İKT sahəsində fəaliyyətini genişləndirir

11-08-2017
Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

Regionlarda ödənişsiz İT təlimləri keçiriləcək

12-01-2022
Kollecdə tələbələrə İT karyera barədə məlumat verilib

Kollecdə tələbələrə İT karyera barədə məlumat verilib

08-05-2018
Məleykə Abbaszadə abituriyentlərin suallarını onlayn cavablandıracaq

Məleykə Abbaszadə abituriyentlərin suallarını onlayn cavablandıracaq

30-07-2015
"Elektron-hökumət" üzrə Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir.

"Elektron-hökumət" üzrə Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir.

28-08-2014
“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020
RYTN-də  yeni  qurum yaradılıb

RYTN-də yeni qurum yaradılıb

20-12-2015
Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019
AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə