“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017 / 14:03

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. 

Xeberler.az-ın məlumatına görə, bu mərhələ üzrə 703 layihə təqdim olunub. Onlardan 59-u müsabiqənin şərtlərinə uyğun olmayıb və yekun olaraq 644 layihə qəbul edilib.

Layihələrin 362-i müəllimlər, 268-i şagirdlər, 14-ü isə tələbələr tərəfindən göndərilib.

Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayında elan ediləcəkdir.

“Elektron təhsil” Respublika müsabiqəsi “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.

Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə AzEduNet, Ultra, Edumedia Azərbaycan, Nar mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə