“Elektron Təhsil” Respublika müsabiqəsinə layihələrin qəbulu noyabrın 5-də başa çatacaq.
Xeberler.az-ın məlumatına görə, bu barədə müsabiqənin Təşkilat Komitəsindən bildiriblər.
Qeyd edək ki, 2015-ci ildə "Müəllim" və "Şagird" istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan "Elektron təhsil" Respublika müsabiqəsində iştirak etmək üçün indiyə qədər 757 müəllim, 538 şagird, 12 valideyn və 32 digər istifadəçi qeydiyyatdan keçib.
Təşkilat Komitəsindən qeyd edilib ki, oktyabrın 28-i tarixinə müsabiqəyə təqdim olunmuş layihələrin sayı cəmi 340-dır. Təqdim edilən layihələrin 330-u qəbul edilib, 10 layihə isə qəbul olunmayıb.
Qeyd edək ki, müsabiqənin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri