Azərbaycanda ilk dəfə “Nar” tərəfindən üztanıma texnologiyası ilə təqdim olunan eSIM xidmətindən yararlanan abunəçilərin sayı artmağa davam edir.
Tamamilə onlayn şəkildə xidmətə qoşulma imkanı sayəsində son 1 ay müddətində rəqəmsal nömrəsini aktivləşdirən abunəçilərin sayı 24% artıb.
Mobil operatorun verdiyi məlumata görə qoşulan cihazlar arasında liderlik iPhone və Samsung markalı telefonların payına düşür.
Xeberler.az bildirir ki, plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya nömrə dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zərurətini aradan qaldırır, eləcə də təkkartlı telefonlarda belə bir neçə nömrənin istifadəsini mümkün edir. Cihazınızın eSIM texnologiyasını dəstəklədiyindən əmin olmaq üçün *#06# kodunu yığın. eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək mümkündür.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri