Azercell abunəçilərə rəqəmsal həllər vasitəsilə daha müasir və çevik xidmət imkanları təqdim etmək məqsədilə yeni konsepsiyalı ilk diler mağazasını istifadəyə verir. Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 15A ünvanında yerləşən mağaza rəqəmsal texnologiyaları, müştəriyönümlü xidmət modelini və müasir pərakəndə satış həllərini vahid məkanda bir araya gətirir.
Qlobal telekommunikasiya sektorunun qabaqcıl təcrübələri nəzərə alınmaqla hazırlanmış yeni konsepsiyada xidmət prosesinin sadələşdirilməsinə və abunəçilərin ehtiyaclarına uyğun daha çevik modelin yaradılmasına xüsusi diqqət yetirilib.
Mağazada tətbiq olunan rəqəmsal özünəxidmət həlləri abunəçilərə bir sıra əməliyyatları daha rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır. İnteraktiv ekranlar vasitəsilə məhsul və xidmətlər haqqında məlumat əldə etmək və mövcud seçimlərlə tanış olmaq mümkündür. Eyni zamanda, fərdi dəstəyə ehtiyacı olan abunəçilərə təmsilçilər tərəfindən xidmət göstərilir. Yeni konsepsiya pərakəndə satış təcrübəsini də əhatə edir. Mağazada Azercell-in məhsul və xidmətləri ilə yanaşı, müxtəlif cihazlarla tanış olmaq və onları əldə etmək mümkündür.
Rəqəmsal həllərin satış prosesinə inteqrasiyası isə məhsullar haqqında məlumatın daha rahat əldə olunmasına şərait yaradır.
Yeni nəsil mağazanın istifadəyə verilməsi Azercell-in müştəri xidmətlərinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Şirkət abunəçiləri üçün daha rahat, çevik və müasir xidmət imkanları yaratmağa davam edəcək.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları