ETX: “Baku EIectronics” adından fişinq kampaniyası həyata keçirilir

13-01-2025 / 15:39
“Baku EIectronics” mağazalar şəbəkəsinin adından fişinq kampaniyası həyata keçirilir.
 
Xeberler.az bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat verir.
 
Belə ki, dələduzlar sosial şəbəkələrin sponsorlu reklam xidmətindən istifadə edərək saxta hesablar vasitəsilə elektronik məhsulları hədiyyə kimi və ya dəyərindən aşağı qiymətlərlə vətəndaşlara təklif edir. Həmçinin vətəndaşlarda inam yaratmaq üçün “DeLonghi” brendi ilə əməkdaşlıq çərçivəsində bu kampaniyanın təşkil olunduğu bildirilir.
 
Qeyd edək ki, dələduzların əsas məqsədi paylaşımdakı saxta keçid vasitəsilə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirməkdir.
 
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı qurumun adından həyata keçirilən kampaniyarla rastlaşdıqda, müvafiq məlumatı həmin qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə