Previous Next
Bağla

GoldenPay şirkəti ilk dəfə olaraq enerji borcunu online ödəmə xidmətini təqdim edir

29-04-2009 12:09
GoldenPay şirkəti ilk dəfə olaraq enerji borcunu online ödəmə xidmətini təqdim edir

“BakıElektrikŞəbəkə” ASC Azərbaycanda onlayn ödəmə xidmətlərini göstərən ilk provayder “GoldayPay”-lə birgə abonentlərinə elektrik enerjisi borclarını bank kartlarından istifadə etməklə internet üzərindən online rejimdə ödəmə xidmətini təqdim ediblər.

Visa/Visa elektron və MasterCard/Maestro ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, sutka ərzində “BakıElektrikŞəbəkə” ASC-nin rəsmi saytına (http://www.bes.az) daxil olaraq elektrik enerjisinə görə borclarını öyrənə və ödəyə bilərlər. Ödəmə proseduru isə sadədir. Belə ki, bunun üçün saytın ana səhifəsində yuxarı sağ küncdə müvafiq qrafada abonentin kodu və ya telefon nömrəsini qeyd etmək lazımdır. Abonentin cari hesabı haqda məlumat olan pəncərə açılacaq.

Mövcud borcu ödəmək üçün “Online ödəmə” düyməsinə basmaq, növbəti səhifələrdə açılan müvafiq formaları doldurduqdan sonra ödəməni həyata keçirmək olar. Ödəmədən bir neçə saniyə sonra, əməliyyatın uğurla başa çatdırıldığı haqda bildiriş pəncərəsi açılır. Həmin bildirişi çap etmək və ya elektron ünvana göndərmək mümkündür.

Qeyd edək ki, təklif olunan xidmət tam pulsuzdur və ödəmə kartı vasitəsilə elektrik enerjisi borclarının ödənilməsi zamanı abonentdən heç bir komisyon haqlar tutulmur.

Xatırladaq ki, “GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti tərəfindən təqdim olunub.

Daha ətraflı məlumat üçün www.goldenpay.az ünvanına müraciət edə bilərsiz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Connect” şirkəti “GoldenPay” onlayn ödəmə xidmətini tətbiq edib

29-09-2009

ADANET şirkəti onlayn ödəmə xidmətini təqdim edib

12-11-2009

«GoldenPay» «B&B TV» abunəçilərinə on-line ödəmə sistemini təqdim edib

12-08-2009

Azərbaycanda ilk dəfə HOTNET xidmətlərinin onlayn rejimində ödənilməsi tətbiq edilib

18-03-2009

«NLT Telekom» «GoldenPay» sistemi vasitəsilə onlayn ödəmə xidmətini təqdim edib

22-06-2009

“Nar Mobile” “GoldenPay” şirkəti vasitəsilə onlayn-ödəmə xidmətini təqdim edib

04-07-2009

Azərbaycanda ilk İnternet Ödəmə sistemi “GoldenPay”-in təqdimat mərasimi keçiriləcəkdir

24-11-2008

«GoldenPay» online ödəmə sisteminə sürətli qoşulmaq üçün yeni xidmət təqdim olundu

06-08-2009

«AzSığorta» Azərbaycanda ilk dəfə on-line xidmətlərə başlayıb

12-06-2009

“SOS Uşaq kəndləri Azərbaycan” -nın saytında online-ianə sistemi quraşdırılıb

29-07-2009

Catel onlayn-ödəmə sistemini tətbiq edir

21-09-2010

Elektron xidmətlə bağlı xəbərdarlıq

02-04-2013

«Azericard» Prosessinq Mərkəzi daha bir şirkət üçün onlayn ödəmə sistemini tətbiq edib

26-08-2009

Ödəmə kartları satışda

06-01-2011

Internet Ödəmə Sistemi artıq Azərbaycanda

02-12-2008

TQDK ödəmə kartlarının elektron satışı üçün yeni sistem tətbiq etməyə başlayır

06-05-2009

“AzəriKard” elektron kommersiyasının tədbiqini davam etdirir

21-11-2009

Bakcell Ödəmə Terminallarını quraşdırdı

25-08-2010

İçərişəhərə gəzinti üçün turları “online” almaq olacaq

06-02-2012

Azərbaycan bankları onlayn-ödəmə sistemlərini tətbiq edirlər

29-08-2010

Poçt şöbələrində "ödəmə kartı" yoxdur

08-01-2011

«MBASK» sığorta şirkəti onlayn sığorta xidmətləri göstərməyə başlayıb

28-08-2009

Ödəmə kartını fırıldaqçıdan qoruyan geyim hazırlanıb

22-12-2014

«Azərbaycan Dəmir Yolları» elektron ödəmə sisteminə qoşulub

03-03-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə