Previous Next
Bağla

Kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

01-05-2026 18:17
Kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev "sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi" barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.

Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.

Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026

Vətəndaşların kart məlumatlarını ələ keçirən şəxs həbs olunub

19-11-2025

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker saxlanılıb

14-01-2026

Kiberpolis fişinq səhifələri yaradan haker şəbəkəsini ifşa edib

03-02-2026

Oğurladıqları bank kartı ilə alış-veriş edən şəxslər saxlanılıb

10-02-2026

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026

Onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

16-01-2026

Sosial şəbəkədə saxta kredit elanları verən şəxs saxlanılıb

17-02-2026

Sosial şəbəkələrdə profillərə haker hücumlar edən şəxs ifşa olunub

03-09-2025

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

13-09-2025

Azərbaycanda kiberşəbəkə ifşa edilib

29-08-2024

Xarici kiberbunkerlərə məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb

15-07-2025

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə ifşa edilib

25-11-2025

Sosial şəbəkədə vasitəsilə bank kartlarını talayan şəxs saxlanılıb

22-04-2025

“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanılıb

18-02-2025

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025

Sosial şəbəkələrdə kiberdələduzluq edənlər saxlanılıb

23-01-2025

DİN onlayn qumar şəbəkəsinə qarşı əməliyyat keçirib

08-10-2025

Onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

06-08-2025

Sosial şəbəkələr vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb

05-05-2025

Bank kartlarından oğurluq edən şəxslər saxlanılıb

23-08-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” piramidasına qarşı əməliyyat keçirib

09-10-2024

Onlayn piramida dələduzluğu ilə məşğul olan qrupun üzvləri saxlanılıb

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə