"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir

23-06-2022 / 12:06

 

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində 20-24 iyun tarixlərində ADA Universitetində təlimlər keçirilir.

 

Xeberler.az məlumat verir ki, İyunun 21-də təlim kursu “Ənənəvi və sosial media ilə işləmək bacarıqları” mövzusunda davam edib. Təlim ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbində Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən aparılıb.

 

İyunun 22-də Şəfəq Mehrəliyevanın təqdimatında “Kommunikasiya planının qurulması” mövzusuna həsr olunan təlim praktiki tapşırıqların qrup işi formasında yerinə yetirilməsi, birgə müzakirələr, keys araşdırmaları və fikir mübadiləsi ilə aparılıb.

 

Həmin gün təlimə spiker kimi dəvət olunan “Trend” informasiya agentliyi mədəniyyət departamentinin rəhbəri Vüqar İmanov, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının müxbiri, yazıçı-dramaturq Ülviyyə Heydərova və tanınmış televiziya aparıcısı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ceyhun Əli iştirakçılarla öz təcrübələrini bölüşüblər.

 

Ülviyyə Heydərova mədəniyyət sahəsinin işıqlandırılmasının məsuliyyətli tərəfləri, mədəni və mənəvi irsin təbliğində ictimaiyyətin maariflənməsinin vacibliyini vurğulayıb. Vüqar İmanov rəsmi tədbirlər zamanı kadrlarla işləmək, məlumatın düzgün ötürülməsi, media ilə əlaqə və ünsiyyətin operativliyi mövzusunda danışıb. Ceyhun Əli auditoriya qarşısında çıxış, dil və üslub, nitqin psixoloji tərəfləri barədə fikirlərini bölüşüb.

 

Spikerlər daha sonra iştirakçıların suallarını cavablandırıblar və təlim müzakirələrlə davam edib.

 

Günün sonunda iştirakçılara ADA Universitetinin layihəsi əsasında çap olunan ilk dərsliyimiz – görkəmli maarifçilər Aleksey Osipoviç Çernyayevski və Səfərəli bəy Vəlibəyovun “Vətən dili” kitabı hədiyyə edilib.

 

Qeyd edək ki, ADA Universitetində "Kommunikasiya meneceri” layihəsi üzrə təlimlər universitetin ixtisasartırma proqramlarının təlimat cədvəlinə uyğun olaraq gerçəkləşir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə