Previous Next
Bağla

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilib

01-03-2025 07:14
Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilib

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunu təşviq etmək məqsədilə təlim keçirilib. Altmışa yaxın iştirakçının qatıldığı təlim “Bakcell” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə tərəfdaşlığı çərçivəsində baş tutub.

İl ərzində planlaşdırılan təlimlər silsiləsinin ilk sessiyasında media  nümayəndələrinə rəqəmsal təhlükəsizlik sahəsində əsas risklər, kibertəhlükəsizlik insidentlərinə qarşı müdafiə üsulları və rəqəmsal medianın informasiya təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verilib. Təlim iştirakçıları, eyni zamanda, süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, məlumatların məxfiliyi və kiberfırıldaqçılıq riskləri kimi vacib mövzular ətrafında müzakirələr aparıblar.

“Telekom sektorunda süni intellekt və innovasiyalar getdikcə daha böyük rol oynayır və biz media nümayəndələrinin bu trendləri yaxından izləməsinə kömək etməyi vacib hesab edirik. İnanırıq ki, təşkil etdiyimiz təlimlər iştirakçıların texnoloji yeniliklərə dair biliklərini artırmağa və rəqəmsal sahədəki dəyişiklikləri daha dolğun işıqlandırmalarına imkan yaradacaq”, – deyə “Bakcell“in baş direktoru Klaus Müller bildirib.

İRİA-nin İdarə Heyətinin sədri Fərid Osmanov isə təlimin əhəmiyyətini vurğulayaraq bildirib: “Media cəmiyyətin yeniliklərə açıq olmasında və innovativ düşüncənin formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə kibertəhlükəsizlik və rəqəmsal
ekosistemin qorunması xüsusilə aktual məsələyə çevrilib. Bu təlimlər media nümayəndələrinə yalnız rəqəmsal bacarıqlar qazandırmır, eyni zamanda, onları kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı edir. Rəqəmsallaşan dünyada medianın təhlükəsiz informasiya mühitini qoruması strateji əhəmiyyət kəsb edir.”

Qeyd edək ki, “Bakcell” 2012-ci ildən etibarən hər il media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir. Bu il isə ilk dəfə olaraq tədbirlərini daha geniş miqyasda keçirərək, İRİA ilə birgə reallaşdırıb.

Ölkədə innovasiya mövzusunda liderliyini qoruyan hər iki qurum il ərzində mütəmadi təlimlər təşkil edəcək. Süni İntellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, innovasiya kimi mühüm mövzuları əhatə edən proqram iştirakçılara rəqəmsal transformasiya dövründə müasir media trendlərinə uyğunlaşmaq üçün praktik biliklər qazandıracaq.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. “Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

23-12-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

13-10-2025

Media nümayəndələri üçün kibertəhlükəsizlik təlimi keçirilir

14-05-2025

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

16-12-2025

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19-03-2025

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib

19-06-2025

“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib

06-03-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirə keçirilib

22-11-2024

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə