Previous Next
Bağla

Microsoft piratçılığa qarşı ciddi mübarizə aparır

06-05-2015 22:20
Microsoft piratçılığa qarşı ciddi mübarizə aparır

İllərdir proqramlarını pirat olaraq istifadə edən istifadəçilərə qarşı verdiyi mübarizədən yorulan Microsoft,   Windows 7 əməliyyat sistemini pirat olaraq istifadə edən kompüter istifadəçilərini IP ünvanları vasitəsilə müəyyən edərək məhkəməyə verməyə başlayıb.

Hər nə qədər dəstəklədiyimiz bir vəziyyət olmasa da, ölkəmizdə də bir çox kompüter istifadəçisi lisenziya almadan Windows istifadə edir. Windows XP-dən sonra Microsoftun ən çox bəyənilən əməliyyat sistemi Windows 7-nin də lisenziyasız istifadəsi olduqca məşhurdur. Microsoft isə bu vəziyyətə qarşı mübarizə aparmağa davam edir. Lakin Microsoft ümumi olaraq nəzarət və təsbitlər üçün iş yerləri ilə kütləvi istifadəyə prioritet göstərir deyə bilərik. Ən azından lisenziyasız Windows istifadə edən hər kəsin düşüncəsi bu istiqamətdə deyə düşünürəm. İllərdir bir çox dostumun lisenziyasız Windows istifadə etməsinə baxmayaraq hər hansı bir problem yaşadığını görmədim, lakin Microsoftun böyük iş yerlərinə nəzarət edərək bu vəziyyəti ciddi bir şəkildə təqib etdiyini də bilirəm. Bu səbəblə heç bir kompüter istifadəçisinə lisenziyasız Windows istifadə etməməsini tövsiyə edirəm. Onsuz da Windows 10 pulsuz gələcək kimi gündəmdədir. Hesab edirəm ki, bütün kompüter istifadəçiləri bu vəziyyətdən xilas olub Windows 10-a keçid edəcək.

 Microsoftun Windows 7 ovunu ortaya çıxaran vəziyyət isə Amerikada bir istifadəçinin tutularaq məhkəməyə verilməsi ilə başladı. Verizon istifadəçisi bir adamın kompüteri üzərində yüzlərlə lisenziyasız Windows 7 üçün  açar kodunu aktivləşdirməyə çalışdığını təsbit edən Microsoft, istifadəçinin IP ünvanı vasitəsilə yerini müəyyən edərək lazımlı məhkəmə əməliyyatlarını başlatdı.

 Kompüteriniz üzərində qurulan əməliyyat sistemi Windows 7 və ya digər Windows versiyalarından hər hansı biri olsa da, Microsoft proqram vasitəsi ilə sındırılan əməliyyatların hamısını təqib edə bilir. Bu əməliyyatı çox  etsəniz, Microsoft-un diqqətini çəkə bilər və bir gün özünüzü məhkəmə salonunda görə bilərsiniz. Bu səbəblə mümkün olduğunca orijinallisenziyalı Windows istifadəsi çox əhəmiyyət daşıyır.

 Microsoft tərəfindən dəqiq bir şəkildə bildirilməsinə baxmayaraq Windows 7-ni lisenziya satın almadan istifadə etməyə çalışan və ya istifadə edən istifadəçilərin müəyyən olunması prosesinin davam ediləcəyi təxmin edilir.

        Ağasəf Haqverdiyev

 

                                                                                  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft pirat proqramlara qadağa qoyacaq

18-08-2015

Windows 10-un istifadəyə veriləcəyi tarix açıqlanıb

02-06-2015

“Windows 365” gəlir

11-02-2015

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Microsoft-dan Windows 10 ilə bağlı açıqlama

21-07-2015

Windows 7 sistemi ilə işləyən fərdi kompüter satışları nə vaxt dayandırlır?

04-11-2015

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017

Windows 10 ilə işləyən aktiv cihaz sayı 200 milyonu keçdi

05-01-2016

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Microsoft şirkəti Windows Vista-nın nüfuzu üçün 300 milyon dollar xərcləyəcək

08-09-2008

Windows XP azı 2010-cu ilə qədər yaşayacaq

19-01-2009

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Windows 8 artıq yenilənməyəcək

14-01-2016

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Microsoft oktyabrda Windows 7 əməliyyatı haqda məlumat verəcək

18-08-2008

Windows 10 “onuncu və sonuncu” əməliyyat sistemi olacaq

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə