Milli Observatoriya “Communitas” beynəlxalq mükafatına layiq görülüb

18-04-2025 / 11:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ABŞ-də yerləşən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.

Xeberler.az bildirir ki, Observatoriyanın təlim sahəsindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.

Müsabiqədə müxtəlif ölkələrdən olan dövlət və özəl sektor təmsilçiləri iştirak edib.

Təqdim olunan layihələr peşəkar münsiflər heyəti tərəfindən sosial təsir, davamlılıq və innovativ yanaşma kimi əsas meyarlar üzrə qiymətləndirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə