Previous Next
Bağla

Milli Observatoriyanın yaradılmasından 6 il ötür

04-07-2025 13:10
Milli Observatoriyanın yaradılmasından 6 il ötür

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür.

Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir. Həmin fəaliyyəti ilə, eyni zamanda, əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və məşğulluq sahəsində dövlət proqramlarının inkişafına dəstək verir.

Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır. Bu məqsədlə mütəmadi olaraq ölkə üzrə işəgötürənlər və müxtəlif əhali qrupları ilə sorğular keçirilir.

Ötən müddət ərzində qurum tərəfindən 21 min respondent arasında sorğular təşkil edilib. Həmçinin 800 mindən artıq tələbə və məzunun müxtəlif istiqamətlər üzrə təhsilə dair göstəriciləri, 1,3 milyondan çox əmək müqaviləsi məlumatları və 200 min vakansiya məlumatları təhlil olunub.

Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti, etibarlı təhlil nümunələri, təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Təkcə bu il qurum 3 beynəlxalq mükafata layiq görülüb.

Müvafiq beynəlxalq və yerli mərkəzlərlə, ali təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən Milli Observatoriyanın təhlil-tədqiqat mərkəzi olaraq əsas hədəfi regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb

24-04-2025

Milli Observatoriya “Communitas” beynəlxalq mükafatına layiq görülüb

18-04-2025

Milli Observatoriya ali mükafatla təltif edilib

14-03-2025

Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb

18-05-2026

“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

28-12-2024

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

“DOST Müfəttiş” layihəsi beynəlxalq mükafata layiq görülüb

11-12-2024

Bu ilin dörd ayında sosial sahədə e-xidmətlərə 2,8 milyon müraciət edilib

21-05-2026

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

12-03-2026

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Milli Observatoriya 60 mindən çox iş elanının təhlilini aparıb

14-05-2026

“Əmək və Məşğulluq” altsistemi mükafata layiq görülüb

22-04-2026

Texnoloji inkişafın əmək bazarına təsiri müzakirə edilib

29-03-2017

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

18-12-2025

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

Nazirliyin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı azalıb

04-06-2015

Anar Əliyev:Nazirlik üzrə elektronlaşma 90 faizdən yüksəkdir

24-09-2025

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə