Previous Next
Bağla

MTRŞ-ə yeni sədr təyin olunub

06-04-2020 18:53
MTRŞ-ə yeni sədr təyin olunub
Xeberler.az bildirir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib."Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
 
Prezident İlham Əliyevin iki gün öncə imzaladığı Sərəncamla İsmət Səttarov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.
 
İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
 
2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
 
2011-ci ildən yeni yaradılmış "Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, "ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nuşirəvan Məhərrəmli yenidən MTRŞ-ın sədri seçilib

23-01-2009

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

"Teleradio" İstehsalat Birliyinə baş direktor təyin edilib

25-10-2021

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

MTRŞ sədri xarici radiostansiyaların açılmayacağını bildirib

15-10-2009

İTV-nin yeni baş direktoru seçildi

01-06-2018

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

07-02-2025

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015

Audiovizual Şuranın sədri İsmət Səttarov brifinq keçirib

14-02-2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

00-00-0000

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

12-03-2021

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

27-01-2021

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009

Mədəniyyət kanalının rəhbəri məlum oldu

04-01-2011

Sabah MTRŞ-nin iclası keçiriləcək

11-02-2009

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə