“Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edir. Qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı baş tutacaq. Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubu təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir.
Xeberler.az bildirir ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri