“Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarını təbrik edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib.
Bu təşəbbüslə “Nar” şəhidlərimizin əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olub.
“Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində 792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib: “Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir. Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda çoxsaylı nailiyyətlər qazanacaq”.
“Nar” hər zaman şəhid ailələrinə və onların övladlarına dəstək göstərməyi öz əsas dəyərlərindən biri olaraq qəbul edir. Bu layihə “Nar”ın şəhid ailələrinə qayğı göstərərək vətən qarşısında öz borcunu yerinə yetirmək istiqamətində atdığı növbəti addımdır. Operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri