“Nar” 9 noyabr – Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xüsusi aksiya keçirib. Vətəndaşların yüksək qələbə ruhuna dəstək məqsədilə mobil operator yeni konseptə uyğunlaşdırılmış Fəvvarələr meydanı, Bülbül prospekti və Elmlər Akademiyası metrostansiyası yaxınlığındakı mağazalarına, eləcə də digər satış mərkəzlərinə gələn abunəçilərə Azərbaycanın 3 rəngli bayrağının həkk olunduğu yaxa sancaqları hədiyyə edib. Bundan başqa paytaxtın mərkəzi küçələrində olan vətəndaşlara da yaxa sancaqları paylanılıb. Bununla da vətəndaşların qəlblərindəki bayraq sevgisini əyani olaraq yaxalarında daşımasına imkan yaradılıb.
Aksiyanın keçirilməsində məqsəd Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı uğurlu hərbi əməliyyatlar dövründə insanların artan qələbə əzminə töhfə verməkdir.
“Nar”ın həyata keçirdiyi bayraq aksiyasının vedeosuna bu keçid vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=OSrDSEV2NBI&feature=youtu.be
Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatına başladığı vaxtdan etibarən “Nar” bütün sosial media kanallarında loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri