Ötən il “Azərkosmos" 26 milyon dollardan çox xidmət ixrac edib

01-02-2023 / 20:09

2022-ci il ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın 42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın yanvar sayında bildirilir.

İcmala görə, bu 2021-ci illə müqayisədə 1 ölkə çox, gəlirlər isə 63,36 % (28,7 milyon ABŞ dolları) azdır.

"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 %-ini təşkil edib. 2022-ci ilin dekabr ayında isə "Azərkosmos" dünyanın 36 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da müvafiq dövrlə müqayisədə 4 ölkə çox, gəlirlər isə 23,33 % azdır.

2022-ci il ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6 milyon ABŞ dolları ilə Fransa, 4,3 milyon ABŞ dolları ilə Lüksemburq, 2,2 milyon ABŞ dolları ilə BƏƏ və 1,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə