Previous Next
Bağla

Özbəkistan, Misir, Seneqal və Qambiya nümayəndələri ASAN xidmətdə olublar

19-11-2024 17:02
Özbəkistan, Misir, Seneqal və Qambiya nümayəndələri ASAN xidmətdə olublar
Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müşaviri Bobur Raximov, Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyinin Aparat rəhbəri Hahmadou Bamba, Misirin kommunikasiya və informasiya texnologiyaları nazirinin baş müşaviri Hodoka Baraka və Qambiyanın Dövlət Xidmətləri, İnzibati İslahatlar və Siyasi Koordinasiya Nazirliyinin daimi katibi Pateh Jah "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.
 
Xeberler.az məlumat verir ki, qonaqlar 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası COP29 çərçivəsində “ASAN xidmət”in təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizə səfər ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, burada tətbiq olunan innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.
 
Özbəkistan tərəfi ilə keçirilən görüşdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdindəki “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci ilin 15 dekabr tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulan tədbirlər, birgə fəaliyyət planları, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramları müzakirə edilib.
 
Misir tərəfi ilə keçirilən görüşdə isə mümkün əməkdaşlıq perspektivlərinin qurulması məqsədilə anlaşma memorandumunun imzalanması istiqamətində ilkin razılığa gəlinib.
 
Rəsmilər INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Keniyalı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

13-11-2024

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

15-11-2024

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir

16-11-2024

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru ASAN Xidmətdə olub

15-11-2024

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

30-04-2026

Çilidən olan parlamentarilər “ASAN xidmət”də olublar

29-09-2025

İraqın rabitə naziri "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub

04-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə