Previous Next
Bağla

Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

22-12-2025 16:01
Rəqəmsallaşma, süni intellekt və media savadlılığı konfransı keçirilir

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq 22 dekabr tarixində“Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda konfrans təşkil olunub.

Xeberler.az məlumat verir ki, media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb. O qeyd edib ki, müasir informasiya mühitində vətəndaşların, xüsusilə gənclərin məlumatı düzgün təhlil etmək bacarığının formalaşdırılması, etibarlı mənbələrə istinadın təşviqi vəməsuliyyətli paylaşım mədəniyyətinin gücləndirilməsi prioritet istiqamətlərdəndir:

“Artıq dörd ildir ki, ilin son günlərində media savadlılığı mövzusu ətrafında sistemli, ardıcıl, həmrəy fəaliyyətin təşkili ölkəmizdə mühüm bir ənənəyə çevrilib. Rəqəmsallaşmanın sürətlə dərinləşdiyi, informasiya istehsalı və istehlakının miqyasının əhəmiyyətli dərəcədə artdığı bir dövrdə təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərini özündə birləşdirən media savadlılığı anlayışı xüsusi aktuallıq kəsb edir. Bu yanaşma yalnız informasiya sahəsinin iştirakçıları üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm dəyər və davranış modelini formalaşdırır.

Real vaxt rejimində məlumatların saniyələr içərisində geniş auditoriyalara çatdığı müasir informasiya mühitində bu il həm də Azərbaycan Milli Mətbuatının 150 illik yubileyini qeyd edirik. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən yubileyin geniş şəkildə qeyd olunması milli mətbuatın tarixi rolunun, ictimai rəyin formalaşmasında tutduğu mövqenin, maarifçilik ənənələrinin və dövlətçilik ideyalarının qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətinin dərin şəkildə təhlil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yubiley, eyni zamanda, “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salmaq, qlobal informasiya mühitinin çağırışları fonunda medianın üzərinə düşən yeni vəzifələri müəyyənləşdirmək üçün geniş imkanlar yaradır. Milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir.

Media savadlılığının artırılması çoxşaxəli və kompleks bir prosesdir. “Media Savadlılığı” Həftəsi çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.Uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2000-dən artıq gənc prosesə cəlb edilmiş, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3000-dən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunmuş, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bu gün keçirilən konfransın əsas məqsədi sürətli rəqəmsallaşma şəraitində mövcud çağırışların ətraflı şəkildə müzakirə olunması, media savadlılığının inkişafı üçün səmərəli və uzunmüddətli mexanizmlərin müəyyənləşdirilməsidir. Məlumatın etibarlılığı hər birimizin üzərinə düşən ümumi məsuliyyətdir”.

Daha sonra il ərzində media savadlılığının artırılması istiqamətində görülən işlərə dair qısa videoçarx nümayiş olunub və Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova tərəfindən “Media Savadlılığı” Həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərə dair təqdimat edilərək media savadlılığının təşviqi məqsədilə təşkil olunan maarifləndirici tədbirlər, infosessiyalar, rəqəmsal platformalar üçün hazırlanan məzmunlar və müxtəlifregionları əhatə edən layihələr barədə ətraflı məlumat verilib. (APA)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024
“Media Savadlılığı” platformasının təqdimatını edib.

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025
"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

20-12-2023
“Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

“Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

25-09-2025
Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib

19-06-2026
Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

Qazaxıstanın “Mərkəzi Kommunikasiyalar Xidməti”nin nümayəndələri ilə görüş keçirilib

16-12-2024
"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

18-12-2024
Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025
MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026
MEDİA tərəfindən onlayn kurs istifadəyə verilib

MEDİA tərəfindən onlayn kurs istifadəyə verilib

21-12-2024
Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025
“Media Savadlılığı” konfransı keçirilib

“Media Savadlılığı” konfransı keçirilib

17-12-2024
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025
“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025
“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya keçirilib

“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” adlı panel sessiya keçirilib

18-12-2024
Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025
Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024
“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

“Süni intellekt və media savadlılığı” adlı dəyirmi masa təşkil olunub

18-12-2024
MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

MEDİA Milli mətbuatın yubileyi çərçivəsində seminarlara başlayıb

19-06-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə