“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib.
Xeberler.az məlumat verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib.
Deputat bildirib ki, dinlə bağlı bəzən mənşəyi və yaranma səbəbi bəlli olmayan hədislərin cəhalətə yol açdığı kimi, informasiya bolluğu da informasiya cəhalətinə səbəb ola bilir:
“İnsanlarda media savadlılığının artırılmasına ehtiyac var. Rəqəmsal risklərdən qorunma səviyyəsinin yüksək olduğu ölkələrdə media savadlılığı məsələləri ‘Media haqqında’ qanunla deyil, ‘Media savadlılığı haqqında’ ayrıca qanunla tənzimlənir. Məsələn, Finlandiyada və Malayziyada belədir. Azərbaycanda da ‘Media savadlılığı haqqında’ qanunun qəbuluna ehtiyac var. Bu istiqamətdə bilik və bacarıqlar həm uşaqlara, həm də böyüklərə öyrədilir. Yeni qurum da bu məsələni diqqətdə saxlamalıdır”.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları