Rusiyada Google-un Andorid üzərindəki hakimiyyətinə son qoyulub.
Məlum olduğu kimi, bir müddətdir Rusiya ilə Google arasında məhkəmə çəkişmələri davam edir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyanın Anti-inhisar Birliyi Android üçün Rusiyada yeni bir dövrün başladığını bildirib.
Belə ki, artıq Rusiyadakı Android istifadəçiləri axtarış brauzeri və yüklədikləri tətbiqlərdə seçim edə biləcək.
Məhkəmənin qərarı ilə Google Android-dəki tətbiq və mobil axtarış üzərindəki təzyiqini geri çəkməyi qəbul edib. Yəni, rusiyalı istifadəçilər bu iki sahədə Google-a bağlı qalmayacaq.
Rusiya Anti-inhisar Birliyi Google-un bazarda hakim olmaq üçün rəqabəti qoruma qanununa zidd hərəkət etdiyini sentyabr 2015-ci ildə açıqladığını xatırladıb. Google axtarış tətbiqinin Android-ə standart olaraq gəldiyi və bundan da digər rəqibləri təsirləndiyi qeyd edilir.
Nəticədə Google-un bu mövzudakı gücü qırılıb. Artıq Google-un istehsalçıları məcbur edən anlaşmalar etməsi da mümkün olmayacaq. Şirkət indiyə qədər etdiyi qanun pozuntularına görə 438,067,400 rubl (28,6 milyon AZN) cəza ödəyəcək.
Digər tərəfdən, Rusiyanın bir nömrəli axtarış sistemi Yandex-in CEO-su Arkady Volozh bu qərarı düzgün qəbul edib və Rusiyadakı 55 milyon Android istifadəçisinin artıq öz seçimlərini etmək mövzusunda azad olduqlarını dilə gətirib.
Volozh bu halın Rusiyanın İT sahəsindəki rəqabətin inkişafına müsbət təsiri olacağını qeyd edib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri