Previous Next
Bağla

Sahibkarların mikromaliyyə alətlərinə çıxış imkanları müzakirə olunub

07-08-2025 17:16
Sahibkarların mikromaliyyə alətlərinə çıxış imkanları müzakirə olunub

İİTKM və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iştirak edən Azexport portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, rəqəmsal texnologiyaların geniş tətbiqi bütün sahələrdə olduğu kimi mikromaliyyə sənayesində də yeni yanaşmaların tətbiqini zəruri edir. Xüsusilə beynəlxalq elektron ticarət platformalarında Amazon, eBay, Etsy və s. satışa başlamaq istəyən gənclərin ilkin kapitala olan ehtiyacını qarşılamaq üçün mikromaliyyə institutları mühüm rol oynaya bilər. Bu baxımdan mikromaliyyə sektorunun innovativ məhsullar və güzəştli kredit mexanizmləri vasitəsilə startaplara dəstək göstərməsi vacibdir. Ayxan Qədəşov qeyd edib ki, bu sahədə dövlət qurumlarından verilən sənədlər startapların gəlir potensialının təminatı kimi çıxış edə bilər.

Xeberler.az bildirir ki, daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı çıxış edərək bildirib ki, mikromaliyyə institutlarının regionlarda fəaliyyət göstərən kiçik sahibkarlara, xüsusən qadın və gənc sahibkarlara dəstək imkanları artırılmalıdır. O, qeyd edib ki, bu sahədə həyata keçirilən dövlət proqramlarına mikromaliyyə təşkilatlarının daha aktiv cəlb olunması üçün koordinasiya mexanizmləri təkmilləşdirilməlidir.

Görüşdə iştirak edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının Mikromaliyyə idarə etməsi və inkişafı üzrə beynəlxalq eksperti Nazim Əliyev isə çıxışında ölkədə mikromaliyyə sənayesinin dayanıqlı və inklüziv inkişafını dəstəkləmək məqsədilə 2025-ci il üzrə “Mikromaliyyə Sənayesinin İnkişafına dair Ağ Sənəd”in hazırlanmasına başlanıldığını diqqətə çatdırıb. O bildirib ki, bu strateji sənəd mikromaliyyə sektorunun mövcud vəziyyətini, əsas çağırışları və inkişaf istiqamətlərini əhatə etməklə, sahənin daha effektiv və inklüziv inkişafına töhfə verəcək.

Müzakirə mikromaliyyə sektorunun rəqəmsal dövrdə inkişaf imkanlarını, gənclərin və startapların dəstəklənməsi üçün yeni mexanizmlərin müzakirəsi ilə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gələcəkdə kibertəhlükəsizlik risklərinin mikromaliyyə sektorunda müşahidə olunması qaçılmazdır

23-10-2024

“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub

23-10-2024

Xarici investorlar Azərbaycanda toplaşacaq

05-10-2015

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024

AzerTelecom şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından danışıb

28-11-2018

Bakıda 6-cı İnvestorlar Yarmarkası təşkil olunub

04-10-2019

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

29-04-2025

ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir

27-04-2026

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Azexport.az portalının imkanları beynəlxalq tədbirdə təqdim olunub

17-06-2022

“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

01-05-2025

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə