Previous Next
Bağla

“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

01-05-2025 14:23
“Azexport.az” portalının əməkdaşları AzTU-da görüş keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirib.

Xeberler.az bildirir ki, görüşün məqsədi AzTU tələbələrinə “Azexport.az portalının iqtisadiyyata töhfəsi və beynəlxalq elektron ticarət platformaları mövzusunda ətraflı məlumat təqdim etmək, “Amazon”, “Ebay” və digər beynəlxalq platformalarda rəqəmsal ticarət və beynəlxalq bazarlara çıxış yolları barədə maarifləndirici müzakirələr aparmaq olub.

Tədbiri giriş sözü ilə açan AzTU-nun Maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev bildirib ki, çağdaş zamanda elektron ticarət rəqəmsal iqtisadiyyatın əsas bel sütunudur.

Prorektor AzTU-nun tədris müəssisəsi kimi bu sahəyə gətirdiyi yeniliklər, dərslərin universitet-sənaye iş birliyi çərçivəsində daha praktiki keçirilməsi, tələbələrin problemlərə yaradıcı həll yolu kimi yanaşaraq startaplarını düşünməyin əhəmiyyəti və nəticədə biznes dünyasına qatacağı qatqılardan bəhs edib. O, bu sahədə uğur qazanmaq istəyən AzTU tələbələrinə rəqəmsal bacarıqlarını inkişaf etdirməyi, analiz və çevik qərar qəbul etmə qabiliyyətini formalaşdırmağı və adaptasiya, ən son tendensiyaları, trendləri öyrənməyi, ən əsası, süni intellektlə birgə işləməyi tövsiyə edib.

Azexport.az portalının rəhbəri Ayxan Qədəşov öncə görüş üçün şərait yaratdığına görə AzTU rəhbərliyinə təşəkkürünü ifadə edib. O, daha sonra portalın təqdim etdiyi xidmətlər, elektron ticarət, onun üstünlükləri və riskləri haqqında məlumat verib.

 

“Rəqəmsal özünüməşğulluq imkanları” mövzusunda təqdimatla çıxış edən Ayxan Qədəşov dünyada və Azərbaycanda elektron ticarətin nüfuzunun və istifadəçilərinin sayının ildən ilə artdığını qeyd edib və tələbələrin bu istiqamətə fokuslanmasını tövsiyə edib. Daha sonra o, “Amazon”, “e-Bay” kimi beynəlxalq elektron ticarət platformalarının iş prinsipləri, qaydaları və rəqəmsal dünyadakı satış prosesinin tələbləri haqqında bilgi və təcrübələrini AzTU tələbələri ilə bölüşüb.

Çıxışlardan sonra sual-cavab sessiyası başlayıb və tədbir panel müzakirələri ilə yekunlaşıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” portalı AzTU-da tələbələrlə görüş keçirəcək

24-04-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

Azexport.az-ın İmişli rayonunda sahibkarlarla görüşü keçiriləcək

12-05-2022

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə