“Veb-idarəetmənin elektron texnologiyaları” mövzusunda seminar keçiriləcək

25-05-2015 / 21:12

Bakıda iyunun 4-də “Veb-idarəetmənin elektron texnologiyaları” mövzusunda seminar keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, seminarda biznes məsələlərinin həlli üçün müasir texnologiyaların istifadə edilməsi yolları haqda bəhs ediləcək.

Seminar 1С-Битрикс və MARCO Computer Technology şirkətləri tərəfindən təşkil ediləcək.

Tədbirdə eyni zamanda, biznesdə istifadə edilən yeni veb-texnologiyalar, internet dükanları üçün satış ssenariləri, saytın inkişafına xərclənən vəsaitlərə qənaət etmək üsulları, sayt üzərində işin təşkili, qlobal şəbəkədə müştəri itkisinə necə yol verməməyin yolları haqda məlumat veriləcək.

 

Xeberler.az
 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.