“Xalq Kompüteri” layihəsi çərçivəsində yaxın bir ay ərzində yeni sistem tətbiq ediləcək

18-11-2009 / 12:01

APA-nın məlumatına görə, bunu bu gün “Aztelekom” İstehsalat Birliyində keçirilən mətbuat konfransında “Bestcomp” şirkətinin direktoru Rauf Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, bu, layihə üzrə bağlanılan müqavilələrin avtomatik generasiyası sistemidir. Bu sistem vasitəsilə alınan mal və xidmətlərin ümumi məbləği hesablanır, müqavilə çap edilərək alıcı tərəfindən poçtla “Bestcomp” şirkətinə göndərilir. Gələcəkdə alıcılar elektron imzadan istifadə edərək, bu müqaviləni birbaşa elektron poçt vasitəsilə göndərə biləcəklər.

Layihənin şərtlərinə əsasən, «Bestcomp Group» şirkəti kompüterlərin tədarükünü həyata keçirir, «Microsoft» şirkəti lisenziyalı proqram təminatı təqdim edir, HP şirkəti isə istehsal etdiyi mini-noutlar, noutbuklar və stolüstü kompüterlər təklif edir.

Müəllimlər bütün avadanlıqları 12 ay müddətinə faizsiz kreditlə əldə edə bilərlər. «Xalq Kompüteri» çərçivəsində təqdim edilən kompüterlərin məbləği bazar qiymətlərindən 25-40% aşağıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə