Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Xalq kompüteri” layihəsi üzrə işçi qrupun iclası keçirilib.
Azərbaycan hökumətinin Intel və Microsoft şirkətləri ilə birgə həyata keçirdiyi layihənin başlıca məqsədi əhalini güzəştli şərtlərlə kompüterlərlə təmin etmək, yerli istehsalı genişləndirmək və kompüterləri lisenziyalı proqramlarla təmin etməkdən ibarətdir.
İclasda layihənin həyata keçirilməsinə dair bütün aspektlər müzakirə olunub, tərəflər bir daha öz öhdəliklərini dəqiqləşdiriblər və bu öhdəliklərin tam yerinə yetirilməsinə zamin olublar. Layihə üzrə yekun razılığa gəlmək üçün iştirakçılar cari ilin fevral ayında görüş keçirməyi qərara alıblar. Mart atında isə layihənin pilot rejimində reallaşdırılması nəzərdə tutulub.
İlkin mərhələlərdə 5 növ kompüter və noutbukların güzəştli şərtlərlə təqdim olunması təklif olunur. Qeyd edək ki, “Xalq kompüteri” layihəsindən ilk olaraq orta məktəb müəllimləri bəhrələnə bilərlər.
İclasda tərəflər layihənin uğurla həyata keçirilməsinə dair əminliklərini bildirdilər ki, buda öz növbəsində ölkədə informasiya texnologiyalarının tətbiqinin genişlənməsi ilə nəticələnəcək. www.mincom.gov.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri