Previous Next
Bağla

Yelo Bank-ın dəstəyi ilə Bakıda ilk dizayn festivalı keçirildi

30-09-2022 17:36
Yelo Bank-ın dəstəyi ilə Bakıda ilk dizayn festivalı keçirildi

Yelo Bankın baş sponsorluğu, Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə 24 sentyabr 2022-ci il tarixində EGP Arenada “Bakı Dizayn Festivalı” baş tutdu. Bu il festival Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunub.

Xeberler.az bildirir ki, ölkəmizdə ilk dəfə baş tutan Dizayn Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır. Bakı Dizayn Festivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinə güclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalq rəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək öz böyük təcrübələrini auditoriya ilə bölüşdülər.

Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art-instalyasiyalar sərgiləndi. Yaradıcılıq zonasının bu ilki mövzusu qlobal istiləşmə və su probləmləri idi. Məhz buna görə rəssamlar damcı şəkilli maketlər üzərində rəsm çəkdilər. Bundan başqa qrafitti rəssamları onlar üçün ayrılmış xüsusi zonada öz yaradıcılıqlarını sərgilədilər. Art zonada rəngkarlar Ramilə Şamilova, Anar Şəmsi, Roza Muradova, Zöhrab Salam-Zadə, Aynur Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə, Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirakedirdi. Festivalda, həmçinin, Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina Boçarova, Murad Vəliyev və digər sənətkarların art-instalyasiyaları da sərgiləndi.

Festival zamanı 44 günlük Vətən Müharibəsi iştirakçısı olan dizaynerlər də səhnəyə dəvət edildi, onlara üçün xüsusihədiyyələr təqdim olundu.

Dizayn festivalı ənənəvi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulur. Festival haqqında ətraflı məlumat üçün: https://bakudesignfestival.com/

Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bank həm öz təşəbbüsü ilə gənclərə dəstək layihələrinə imza atıb, həmçinin, faydalı bir neçə layihələrin həyata keçirilməsinə öz töhfəsini verib. Bank gələcəkdə də maraqlı və parlaq layihələri həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Bank xidmətləri, cümlədən, valyuta kursları haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Salyanda “Yelo Bank ilə məktəbə sarı” aksiyası keçirilib

08-09-2022

Yelo Bank-dan uşaq futboluna növbəti dəstək  

22-02-2023

Gənclər üçün Yelo Ambassadors layihəsi 

06-10-2022

Yelo App ən rahat mobil tətbiq seçildi

18-10-2022

“Yelo Summer Challenge” proqramının iştirakçıları seçildi

21-07-2022

Ad günü olanlara Yelo Bankdan endirimli və komissiyasız kredit!  

15-07-2022

Yelo Bank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu

03-10-2022

Biznes sahiblərinə Yelo Bank-dan parlaq kredit şərtləri

29-07-2022

Yelo Bank-ın təşkil etdiyi yay təlim proqramı başa çatdı  

13-09-2022

Yelo Bank aztəminatlı vətəndaşlarla bayramlaşdı

08-07-2022

Yelo Bank-dan illik cəmi 5 faizlik kreditlə biznes dəstəyi

26-08-2022

Yelo Bank artıq Qəbələdə!

08-08-2022

Yelo Bank "Sibos 2022" beynəlxalq konfransında iştirak edir

12-10-2022

“ƏDV Geri Al” Yelo App-də!

11-10-2022

Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi  

02-08-2022

Yelo Bank-dan sərfəli mikro kredit

26-09-2022

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022

Yelo Bank tam onlayn və girovsuz qarantiya məktubları təklif edir

22-09-2022

Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

20-09-2022

Google Pay Yelo Bank-da!

05-09-2022

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır

21-10-2025

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü  

25-07-2022

Azərbaycanda reklam festivalı keçiriləcək

17-03-2009

Yelo Bank-da əmanət hesabı aç, 11.5 faiz qazan!

23-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə