“Yeni media və şəbəkələşmədə təşkilatların rolu” mövzusunda “dəyirmi masa” keçiriləcək

08-09-2011 / 10:31

AGAT (Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı) sentyabrın 10-11 də “Nabran Holiday Village” hotelinin dəstəyi ilə “Yeni media və şəbəkələşmədə təşkilatların rolu” mövzusunda “dəyirmi masa” keçirəcəkdir.

Təşkilatdan bildirilib ki, tədbirin məqsədi Azərbaycanın lobbiçilik siyasətinin inkişafında olduqca mühüm rol oynayan yeni media və şəbəkələşmə işində fəallığın artırılması, ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasında yeni mediadan istifadə üsullarının araşdırılmasıdır. Dövlət rəsmiləri, jurnalistlər və gənc sahibkarların iştirak edəcəkləri tədbirdə gənclər təşkilatlarının yeni media və şəbəkələşmə işində əməkdaşlıq ideyası hazırlanacaqdır.

Yekun olaraq gənclər təşkilatların yeni media və şəbəkələşmə işində əməkdaşlıq ideyası hazırlayacaqlar. Bu da növbəti aylarda sözü güdən mövzu üzrə fəaliyyətin icra olunmasına dəlalət edəcək.

Etibar/xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə