«Azerfon» şirkəti yeni kampaniyaya start verib

04-09-2010 / 02:26

Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti («Nar Mobile» ticarət nişanı altında fəaliyyət göstərir) «Səsiniz Hər Yerdə Eşidilsin!» kampaniyasına başlayıb.

Kampaniyanın məqsədi «Nar Mobile»ın yüksək keyfiyyətli şəbəkəyə, Azərbaycanın ərazisinin 80%-nə çatan əhatə dairəsinə malik olması və etibarlı rabitə xidmətləri görsətməsini əhaliyə çatdırmaqdır.

Son iki il ərzində «Azerfon» Azərbaycan üzrə əhatə zonasını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda şəbəkənin səmərəli optimallaşdırılması sayəsində 2010-cu ilin yayında «Nar Mobile» selə məruz qalmış rayonları fasiləsiz rabitə ilə təmin edib. Kür-Araz ovalığı zonasında «Nar Mobile»ın operativ səyyar texniki briqadalarının birgə səyləri ilə baza stansiyaların fasiləsiz fəaliyyətinə nail olunub. Görülən tədbirlər seldən zərər çəkən abunəçilərə qohumları və yaxınları ilə daim ünsiyyətdə olmaq, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə isə işini effektiv tərzdə əlaqələndirmək və dəyişən vəziyyətə operativ cavab vermək imkanını verib.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən etibarən başlayıb. Ötən il “Azerfon” və “Vodafone” şirkətləri arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb və dekabr ayından etibarən şirkət “Azerfon-Vodafone” brendi ilə ölkədə ilk dəfə 3G texnologiyası üzərindən xidmət göstərməyə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və hazırda 1,6 mln. abunəçiyə xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə