Previous Next
Bağla

Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

01-12-2009 18:07
Azərbaycanda ilk 3G lisenziyası təqdim edilib

Azərbaycanın üçüncü mobil rabitə operatoru “Azerfon” şirkəti 3G texnologiyası üzərindən yeni xidmətlər təqdim etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq lisenziyasını alıb.

Şirkətin baş direktoru Gido Helbix APA-ya bildirib ki, yaxın günlərdə şirkət ilk 3G xidmətlərin göstərilməsinə start verəcək. Xidmətlər 2.1 Ghz diapazonunda olan tezliklərdə göstəriləcək.

Qeyd edək ki, xidmətlər xüsusi olaraq tərtib edilmiş tarifikasiya planı üzrə təqdim ediləcək və ilkin məlumata görə, qiymətləri münasib olacaq. İstisna edilmir ki, “Azerfon” şirkəti ilk gündən təkcə Bakı və Abşeronda deyil, ölkənin regionlarında da 3G xidmətləri göstərəcək. Şirkət bu layihə üzərində uzun müddət ərzində işlədiyinə görə artıq Azərbaycanın bir çox regionlarında 3G baza stansiyaları quraşdırılıb.

3G xidmətlərinin tətbiqinə başlandıqdan sonra istifadəçilər səs ötürülməsi ilə yanaşı, video görüntü, yüksək sürətli mobil internet və məlumat ötürülməsi, e-poçt, mobil televiziya və s. xidmətlərdən yararlana biləcəklər.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və 1,5 mln. abunəçiyə xidmət göstərir. Bu ildən etibarən “Azerfon” “Vodafone PLC” şirkətinin qeyri-səhmdar tərəfdaşıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azerfon” 3G texnologiyasının tətbiqinə 20 mln. dollara qədər investisiya qoyub

02-12-2009

«Azerfon» şirkəti yeni kampaniyaya start verib

04-09-2010

Azerfon şəbəkəsinin əhatə dairəsini genişləndirir

30-07-2009

«Azerfon» şirkəti ölkə ərazisində 100-dək yeni baza stansiyası quraşdırıb

22-01-2009

Azerfon – Vodafone Satış və Xidmət Mərkəzinin açılş mərasimi keçirildi

17-12-2009

Azerfon “İlin Mobil Operatoru” və “Texnoloji Lider” mükafatına layiq görülüb

08-04-2010

«Beeline» şirkəti «Azerfon» şəbəkəsində beynəlxalq rouminq xidmətlərinə başlayıb

16-03-2009

Azerfon Azərbaycanda 3G şəbəkəsinin istifadəyə verilməsi barədə tədbir keçirib

16-12-2009

Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu

14-02-2011

Ölkədə ilk operatorlar arası MMS xidmətinə start verildi

01-04-2010

Azerfon rəhbəri avropalı KİV-lərə Azərbaycan iqtisadiyyatının dinamik inkişafından danışıb

24-11-2009

«Azerfon»la «Vodafone» arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

22-07-2009

“Azerfon-Vodafone” yeni tarif planı tətbiq edib

15-07-2010

“Azerfon” şirkətinin mobil abunəçilərinin sayı bu ilin əvvəlindən 10% artıb

12-09-2013

«Azerfon» şirkəti tender keçirir

05-03-2009

Mingəçevirdə yeni «Nar Mobile» Mərkəzi açılıb

20-05-2009

«Azerfon» yeni rouminq sazişləri imzalayıb

15-05-2009

Azerfon-Vodafone və “DNS”-dən yeni təklif

24-12-2010

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25-11-2010

«Azərfon» şirkəti gələn il rouminq tariflərini endirəcək

24-11-2010

Azerfon "Bakutel 2010" sərgisində təqdim etdiyi məhsulları nümayiş etdirib

25-11-2010

Nar Mobile abunəçilərinin sayı milyona çatdı

28-01-2009

Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

25-11-2010

Azerfon-Vodafone sayca yeddinci Satış və Xidmət Mərkəzi fəaliyyətə başladı

09-06-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə