«Google»-nin yeni əlavəsi «Google City Tours»

02-07-2009 / 16:03

Google labaratoriyası yeni xüsusiyyət işləyib hazırladı. City Tours adlı əlavə sizə tətil zamanı köməklik edəcək.

Xidmətdən istifadə etmək üçün Google Labs-dakı səhifədə gəzmək istədiyiniz şəhərin adını yazmaq kifayətdir.

Google Maps-da işarələnilmiş muzey və gəzinti məkanlarından istifadə edən City Tours sizə gündəlik gəzintilər üçün bir plan hazırlayır. Siz bura şəhərdə keçirəcəyiniz müddəti və tətil tarixini də əlavə edə bilərsiniz.

City Tours muzeylərin və tarixi məkanların açıq olduğu saatları da qeydə alaraq daha uyğun bir plan hazırlaya bilir. Yeni xüsusiyyətin verilənlər bazası hələki zəifdir. Sınaq mərhələsini keçirən Google City Tours ümumi istifadə üçün açıq olduqdan sonra baza daha da zəngin olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə