Azercell yeni İnternet paketlərini istifadəyə verdi

21-07-2015 / 16:11

Azercell iyulun 16-dan etibarən İnternet paketlərində əsaslı endirim tətbiq edir.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, Azercell öz abunəçilərinə keyfiyyətli mobil İnternetlə yanaşı, həm də sərfəli paketlər təklif edir. Yeni tarif paketlərinə görə, SimSim abunəçiləri 50 MB İnternet  paketini cəmi 1 AZN-a, 1 GB İnternet paketini isə 5 AZN-a əldə edə bilər.

Azercell-in bütün Fakturalı Xətt və Tələbə1-liyi tarifinin abunəçilərinə isə İnternet paketləri əlavə 20 faiz endirimlə təklif olunur. İnternet paketini aktiv etmək üçün abunəçi müvafiq açar sözünü 2525-ə göndərməli və ya  telefonun ekranında *100* İnternet Paketin açar sözü# YES yığmalıdır. Məlumat üçün bildirək ki, İnternet paketlərindən istifadə müddəti 30 gündür. 30 gün istifadə müddəti bitdikdə internet paket avtomatik yenilənir.

Onu da qeyd edək ki, irihəcmli paketlər (1 GB, 5 GB, 10 GB, Limitsiz) 30 gündən əvvəl bitdikdə İnternetdən istifadə 30 günlük istifadə müddətinin sonunadək pulsuz olur və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət tətbiq olunur: 1 GB və 5 GB-lıq paketlərdə GPRS sürəti (64 Kbit/s-dək), 10 GB və Limitsiz paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək).

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.