Previous Next
Bağla

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

24-04-2024 17:42
Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərləri bir araya gəlib

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Toplantı Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq üçüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2024) çərçivəsində baş tutub.

Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi dayanıb. Azərkosmosun sədri Saməddin Əsədov toplantıda çıxış edərək ölkəmizin türk dövlətlərinin kosmik nümayəndələrinin Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində təmsil olunmasının önəmini vurğulayaraq kosmik arenada elm, biznes və innovasiya üzrə birgə səyləri davam etdirməyə hazır olduğumuzu qeyd edib.

Toplantıda Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə optimal büdcəyə malik “CubeSat” (Kub peyk) peyk layihəsinin həyata keçirilməsinə hazır olduğu bildirilib. Peyk texnologiyasının hazırlanması və inkişafı üzrə təcrübəyə malik bu ölkələr arasında bilik mübadiləsinin aparılması, həmçinin gələcəkdə yaradılacaq “CubeSat” peyklərindən kosmik təsvirlər əldə etməklə regionda iqlim dəyişikliyinin monitorinqi üçün birgə istifadəsi də nəzərdə tutulub. Bununla yanaşı, “CubeSat” layihəsi çərçivəsində peyklərə karbon və metan qazlarının monitorinqi üçün sensorların əlavə olunması təklif olunub.

Həmçinin toplantıya qatılan kosmik ictimaiyyət bu il ölkəmizdə keçiriləcək COP29 iqlim konfransına dəvət olunub.

Daha sonra universitetlərdə elmin inteqrasiyası və mübadiləsi ilə bağlı kosmik məsələlərdə tədqiqat və tərəqqini artırmaq üçün praktik platformaların inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Toplantının sonunda Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransının gələn il Bakıda keçiriləcəyi elan olunub. Paytaxtımızın kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.

Toplantı kosmik sahə üzrə çalışan ekspertlərin işçi qruplar formatında görüşü ilə öz işinə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

23-04-2025

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının toplantısı keçirilib

20-12-2021

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının konfransına qatılıb

30-03-2022

Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb

24-04-2025

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026

Azərkosmos Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

04-09-2024

TDT ölkələri "CubeSat"ın orbitə buraxılışına hazırlaşır

31-03-2026

Azərbaycan tələbələrinin ilk "cubesat" peyki kosmosa çıxarılacaq

11-04-2025

Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

20-12-2021

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

“Azərkosmos” sədri: Yaxın zamanlarda kosmik turistlərin də sayı artacaq

19-12-2024

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

Kosmik Texnologiyalar Konfransı gələn il Özbəkistanda keçiriləcək

24-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə