Previous Next
Bağla

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024 19:20
Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

5-ci ildir ki dayandırılan Bakı-Balakən dəmir yolu marşrutu bu il də istifadəyə verilməyəcək. Azərbaycan Dəmir Yolları rəsmisinin verdiyi geniş müsahibədən aydın oldu ki, heç bu il də Bakı-Balakən dəmir yol xəttində hər hansısa işlərin aparılmasından ümumiyyətlə söhbət getmir. Halbuki əvvəlki açıqlamalarda daxili imkanlar hesabına məhz bu istiqamətdə işlərin sürətləndiyi və ən yaxın müddətdə istifadəyə veriləcəyi açıqlanırdı.

Xeberler.az  yazır ki, bu barədə danışan Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzin sözlərinə görə,müsahibədən aydın olur ki, 5 ildir dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax, Bakı-Yalama və s. xətlərin bərpası mümkün olmayacaq:

“Bir neçə gün öncə hökumət uzun illərdən sonra ilk dəfə olaraq Prezident fərmanında nəzərdə tutulan ADY-nin büdcədən subsidiyalaşması məsələsini yenidən gündəmə gətirib. ADY-nin vuruşaraq hökumətdən az da olsa vəsait əldə edə bilməsi də diqqət çəkəndir. Amma burada söhbət yalnız şəhərətrafı sərnişindaşımadan gedir.

Əgər hökumət uzun illər daxili sərnişindaşımaya pul tapmayıbsa, Qarabağda aparılan bərpa işlərindən sonra bu sahəyə vəsaitlər ayıracağı da dumanlı görsənir.
ADY -nin daxili imkanları, 5 ildir ki dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı -Balakən, Bakı -Astara, Bakı -Qazax, Bakı -Yalama və s. xətlərin bərpasına imkan verəcəkmi?
Müsahibədən isə bütün bunların ağlabatan olmadığı görsənir.
Hələlik görünən odur ki, dəmir yolunda prioritet sərnişindaşıma deyil, yükdaşımadır. Belə görünür ki, yaxın perspektiv üçün üfüqdə Bakı – Balakən və eləcə də digər daxili marşrutların açılması gözlənilmir.
ADY də pul, vəsait tapmır”.

Osman Gündüzün bununla bağlı təklifi də var:

“Son zamanlar yetərincə aktiv olan ADY rəhbəri Rövşən müəllimə təklif edərdik ki, ayrı-ayrı dəmir yolu marşrutlarının xarici şirkətlərə icarəyə verilməsi məsələsini gündəmə gətirsin”.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

Ekspert: ADY Bakı-Balakən-Bakı reysini tam rəqəmsallaşdırıb

06-01-2025

"Sabit cərəyanın dəyişən cərəyana keçirilməsi" prosesi "iqtisadi layihələndirmə" ilə əvəzlənib

08-08-2023

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

Ekspert Dəmir Yolu nəqliyyatındakı problemlərdən danışdı

27-03-2019

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə işləyəcək

25-06-2025

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

Ekspert qatarlarda qiymətin bahalaşması ilə bağlı açıqlama verdi

26-07-2018

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Osman Gündüz: Azərbaycan Dəmir Yollarının 47 milyonluq layihəsi uğurlu olacaqmı?

07-10-2024

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

Ekspert: Rəqəmsal transformasiya layihəsində nəzərdə tutulanlar reallaşsa ADY tam fərqli, modern quruma çevriləcək

02-10-2024

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə