Previous Next
Bağla

Azərbaycan Texniki Universiteti növbəti dəfə ilkə imza atıb.

24-04-2024 17:45
Azərbaycan Texniki Universiteti növbəti dəfə ilkə imza atıb.

Xeberler.az  xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da 5G texnologiyaları əsasında qurulan tədris laboratoriyasının açılışı olub. AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində açılan yeni laboratoriya XPON texnologiyası və daha aşağı maliyyə ilə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir.

Açılış mərasimində AzTU-nun və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbər heyətləri, şirkət rəhbərləri və digər qonaqlar iştirak edib. Onlar laboratoriyada yaradılan şəraitlə yaxından tanış olublar.


Laboratoriya haqqında məlumat verən AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov bildirib ki, 5G təkcə mobil texnologiyalara aid olmayıb, eyni zamanda, son ildə müasir ağıllı ev, tibb, nəqliyyat, hərb və sənaye əşyalarının idarə olunması üçün geniş istifadə olunur. Laboratoriyanın açılmasında məqsəd əmək bazarının tələblərinə uyğun yerli kadrların hazırlanmasıdır. Laboratoriyada müvafiq istiqamət üzrə tədqiqatlar da aparılacaq.

Daha sonra keçirilən görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu təşəbbüs yeni həllərin və tədqiqatların inkişaf etdirlməsi üçün geniş imkanlar yaradacaq.

İlkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimat veriləcək. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nokia” AzTU-da laboratoriya açacaq

04-04-2023

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

04-12-2025

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

04-03-2020

AzTU-da “AI-MED LAB” laboratoriyasının açılışı olub

08-04-2025

AzTU-da İnnovasiya və Dayanıqlılıq Laboratoriyası istifadəyə verilib

01-12-2025

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

AzTU-da "FinTech" laboratoriyasının açılış mərasimi keçirilib

23-02-2026

AzTU-nun rektoru “Azərenerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinə səfər edib

26-08-2022

Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

16-11-2018

“Cyber Security Mentorship Programme” haqqında infosessiya keçirilib

14-05-2026

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

20-10-2022

AzTU-nun baş müəlliminin hazırladığı mobil tətbiq fermerlərə təqdim olunub

20-09-2022

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə