Previous Next
Bağla

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024 17:38
AzMİU-da beynəlxalq konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.

 Xeberler/az  xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. 

 23-24 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konfransın əsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi məsələləri daxildir. 

 

Konfransın məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunmasıdır. Qeyd edək ki, konfransın işçi dili ingilis dilidir.

 

Beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edən AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova qoyulan mövzunun aktuallığına diqqət çəkib. 


Əsrimizin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu bildirən professor Gülçöhrə Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olduğunu vurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin qazanıldığını nəzərə çatdıran rektor belə bir konfransın keçirilməsini elm aləmi üçün mühüm hadisə hesab edib. 


Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmi bazası olan  “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirən rektor digərlərinin  isə universitetin vəsaiti hesabına nəşr olunacağını deyib. Çıxışının yekununda geniş coğrafiyanı əhatə edən və dünya şöhrətli alimləri bir araya gətirən konfransın işinə uğurlar arzulayıb.

 Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov edib.  

 Daha sonra konfransın plenar iclasına keçilib. Plenar iclasda AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-ın Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç, Avstraliyanın Federasiya Universitetinin alimi Adil Bağırovun məruzələri dinlənilib. 

 

Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib.  Bölmələr “İntellektual sistemlərdə informasiya texnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları", “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsr olunub.  

 Qeyd edək k, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistandan və s.) nüfuzlu alimlərin qatıldığı konfransda ümumilikdə 150 məqalə yer alıb. Konfransın nəticəsi olaraq sözügedən ölkələr arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi, aktual mövzulara həsr olunan bu qəbil konfransların təşkili, birgə elmi tədqiqatların aparılması kimi məsələlər gündəmə gətirilib. 

 Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib.

 Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə baş tutub. 

 23-24 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konfransın əsas elmi istiqamətlərinə tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər), süni intellekt və onun tətbiqləri, böyük verilənlərin emalı problemləri və üsulları, paralel hesablama, mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları, intellektual idarəetmə sistemləri, kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri, təhsildə informasiya texnologiyalarının tətbiqi məsələləri daxildir. 

 Konfransın məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunmasıdır. Qeyd edək ki, konfransın işçi dili ingilis dilidir.

 Beynəlxalq konfransda salamlama nitqi ilə çıxış edən AzMiU-nun rektoru professor Gülçöhrə Məmmədova qoyulan mövzunun aktuallığına diqqət çəkib. 

Əsrimizin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olduğunu bildirən professor Gülçöhrə Məmmədova elm və texnikanın sürətli inkişafı nəticəsində İT texnologiyalarının, elmi və praktiki innovasiyaların həyatımıza sürətlə inteqrasiya olduğunu vurğulayıb. Son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir çox nailiyyətlərin qazanıldığını nəzərə çatdıran rektor belə bir konfransın keçirilməsini elm aləmi üçün mühüm hadisə hesab edib. 

Konfransa təqdim olunan materialların Almaniyanın nüfuzlu elmi bazası olan  “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirən rektor digərlərinin  isə universitetin vəsaiti hesabına nəşr olunacağını deyib. Çıxışının yekununda geniş coğrafiyanı əhatə edən və dünya şöhrətli alimləri bir araya gətirən konfransın işinə uğurlar arzulayıb.

 Universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Nigar Aslanovanın moderatorluğu ilə davam edən konfransın açılış nitqlərini AMEA-nın birinci vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov,  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Özbəkistan Milli Universitetinin professoru İbrokhimali Normatov edib.  

 Daha sonra konfransn plenar iclasına keçilib. Plenar iclasda AMEA-nın müşaviri, AzMİU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri akademik Telman Əliyev, ABŞ-ın Ueyn Dövlət Universitetinin professoru Boris Morduxoviç, Avstraliyanın Federasiya Universitetinin alimi Adil Bağırovun məruzələri dinlənilib. 

 Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib.  Bölmələr “İntellektual sistemlərdə informasiya texnologiyaları”, "Tikinti, sənaye və mühəndislikdə informasiya texnologiyaları", "Modelləşdirmədə informasiya texnologiyaları", “Qərarların qəbulunda informasiya texnologiyaları” mövzularına həsr olunub.

 Qeyd edək ki, iki gün davam edən və 26 ölkədən (ABŞ, Avstraliya, Estoniya, Türkiyə, Ukrayna, İspaniya, Qazaxıstan, Özbəkistandan və s.) nüfuzlu alimlərin qatıldığı konfransa ümumilikdə 150 məqalə təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

26-08-2025

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

“Kibernetika və İnformatikanın Problemləri” konfransı yekunlaşıb

29-08-2025

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

İKT problemləri ilə bağlı respublika elmi-praktiki konfrans keçiriləcək

01-02-2023

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Bakıda beynəlxalq İKT konfransı davam edir

13-10-2016

Süni intellektin müxtəlif sahələrdə rolu adlı konfrans keçirilib

19-05-2025

Bakıda AICT2009 3-cü Beynəlxalq konfransı keçirilir

14-10-2009

Bakıda beynəlxalq İKT konfransı keçirilir-Foto

12-10-2016

Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

25-01-2016

Kibernetika və informatika problemləri mövzusunda konfrans keçiriləcək

17-07-2010

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

Dünya alimləri Bakıya toplaşıb

11-07-2018

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

21-12-2009

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə