Previous Next
Bağla

Rəqəmsal prokurorluq nə vəd edir ?

03-04-2024 14:28
Rəqəmsal prokurorluq nə vəd edir ?
Ötən gün prokurorluq sisteminin rəqəmsallaşmasına həsr olunan, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib.
Ədliyyə sistemində, məhkəmələrdə, DİN-də rəqəmsallaşma xeyli öncədən başlasa da prokurorluq sistemində bu işlərə 2-3 il öncə başlanıb.
Ötən il “Elektron prokurorluq” sistemi də istifadəyə verilib. Dünən bu sistemin “İstintaq” və “Cinayət xarakterli materiallar” alt sistemləri də təqdim edilib.

Açıqlanan məlumatlardan belə qənaətə gəlmək olar ki, sektora cavabdeh olan birinci şəxslərin, xeyli sayda hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən dünənki tədbir də faydalı olub.

Bununla belə burada bir neçə diqqət çəkən məqamlar var.

Artıq görünən odur ki, hüquq-mühafizə sektorunda da informasiya sistemlərinin , onların alt sistemlərinin sayı artmaq üzrədir.
Ötən gün elektron ədalət mühakiməsinin həyata keçirilməsinə imkan verən daha bir resursun, vahid bir “E-justice” sisteminin də yaradılması təklif edilib.
Görünən odur ki, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” sistemindən, Vahid Məhkəmə portalından fərqli olan yeni bir rəqəmsal həllin yaradılması təklif edilir.

Diqqətimi cəlb etdi ki, yeni ədliyyə nazirimiz Fərid Əhmədov da güman ki bu məsələləri nəzərdə tutaraq konfransdakı çıxışında “hədəf olaraq inteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atılmasının” vacibliyini bildirib.
Nazir vahid məlumat bazasının süni intellekt alətlərinin tətbiqi üçün də əlverişli imkan yaradacağını bildirib.
Yəni yeni nazirin fikrincə diqqət yetiriləcək vacib məsələ ədliyyə
sisteminə məxsus rəqəmsal resursların vahid bir inteqrasiya olunmuş sisteminin, vətəndaş üçün çıxış təmin edilən bir dövlət resursunun yaradılmasıdır. Fikrimcə yetərincə düşündürücü məqamlardır.

Baş prokurorluğun təqdim etdiyi yeni rəqəmsal həllərlə bağlı diqqətimi cəlb edən məsələlərdən daha birisi hazırlanan resursların cinayət prosesi iştirakçıları, məsələn vətəndaş üçün hansı əhəmiyyətinin olması oldu.
Hələlik açıqlanan məlumatlardan görünən odur ki, Baş Prokurorluq bu rəqəmsal resursları öz daxili proseslərini daha effektiv qurmaq üçün hazırlayıb.
Düşünürəm daha faydalı ola bilərdi ki, xarici təcrübədə olduğu kimi, bu resurslara prosesin bütün iştitakçıları , elə vətəndaşlar üçün də faydalanmaq imkanları yaradılsın.

Vətəndaşlara bu resurslarda müraciət imkanları yaratmaq və onu izləmək imkanı vermək, cinayət işinin gedişi ilə bağlı məlumat almaq imkanları , axtarışda olanlarla bağlı məlumat almaq imkanları və s. təqdim edilə bilərdi.

Məsələn, ölkə üzrə cinayətkarlıqla bağlı statistika, bölgələr üzrə cinayərtkarlığın vəziyyətini əks etdirən rəqəmsal xəritə və məlumatlar da ictimai əhəmiyyət kəsb edir.

Qonşu ölkələrdə artıq bu tip məlumatlar rəqəmsal xəritələrlə əhaliyə təqdim edilir.
Eyni zamanda qeyd etmək istərdim ki, ötən günkü tədbirdə ölkədə rəqəmsal transformasiyaya və inteqrasiyaya cavabdeh dövlət qurumunun - RİNN-in və İRİA-nın aktivliyinin olmaması və vətəndaş cəmiyyətinin dəvət edilməməsi də diqqət cəlb edən olub.

İstənilən halda, düşünürəm ki, rəqəmsal prokurorluğun yaradılması istiqamətində Baş Prokurorluğun atdığı addımlar təqdirəlayiqdir.
Bütün bunlar sektorda şəffaflığın gücləndirilməsi, vətəndaşların hüquqlarının qorunması, büdcə xərclərinin azaldılması və daha çevik və effektiv idarəetmənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
 
 
Osman Gündüz
 

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

03-04-2024

“Elektron prokurorluq” informasiya sisteminin iki yeni modulu istifadəyə verilib

02-04-2024

“E-justice” platforması yaradılır

02-04-2024

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

02-04-2024

Baş Prokuror “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” adlı mühazirə oxuyub

18-04-2025

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Prokurorluq əməkdaşlarına süni intellektlə bağlı tapşırıqlar verilib

15-05-2025

Rəqəmsal cinayət prosesi özündə müəyyən riskləri gətirə bilər

02-04-2024

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

23-06-2022

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

Azərbaycan Baş Prokurorluğunun veb-saytı yeni versiyada

29-09-2010

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Baş Prokurorluqda "Elektron cinayət işi" proqramının təqdimatı keçirilib

03-06-2022

Generalların görüşündə hansı məsələlər müzakirə edilib ?

17-02-2024

Baş Prokurorluq vətəndaşlara müraciət edib

20-04-2022

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə