İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib

29-05-2015 / 15:50

 Milli Məclisin  bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilib.

Xeberler.az-ın məlumatına görə, dəyişiklik layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verilib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasını İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, əvəzçi namizəd kimi isə həmin konfederasiyasının üzvü, “NEURON TECNOLOGİES” MMC-nin baş direktoru İsmayıl Ələkbərov təmsil edəcək.

Bundan başqa, gənclər təşkilatlarının təmsilçisi kimi “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, qadın cəmiyyətlərindən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasından Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

Xatırladaq ki, Şuranın üzvlüyündə yer alan Fuad Muradov, Zərifə Salahova və Namiq Məmmədovun səlahiyyət müddətləri bitib. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.