Mobil operatorlar ilin əvvəlində nə qədər qazanıb?

16-03-2017 / 21:21

Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri 257,6 milyon manatlıq xidmət göstərib ki, onun da 71,2%-i əhali tərəfindən istehlak olunub.

Bu barədə Xeberler.az-a Dövlət Statistika Komitəsindən məlumata verilib.

Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,4% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,4%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,7%-i və ya 125,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Həmçinin bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 257,6 milyon manatlıq xidmət göstərilib. 

Belə ki, bunun 71,2%-i əhali sektoruna aid olub. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,4% artıb. Bu sahədə əldə edilən gəlirin 80,4%-i qeyri-dövlət sektorunun payına düşüb.

Bununla yanaşı, kompüter və elektron məhsulların istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 dəfə artıb.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.