Office 2019 paketi təqdim edilib

26-09-2018 / 16:03

“Microsoft” şirkəti “Windows” və “Mac” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən kompüterlər üçün “Office 2019” paketini təqdim edib.
 
Xeberler.az  xarici mediaya istinadən yazır ki, ofis paketinə “Word”, “Excel”, “PowerPoint” və “Outlook”, “Project”, “Visio”, “Access” və “Publisher” proqramları daxildir.

“Microsoft”un nümayəndələri bildiriblər ki, “Office 2019” paketində əvvəllər “Office 365” “bulud” xidmətində reallaşdırılmış bir sıra yeniləmələr tətbiq edilib. Məsələn, “PowerPoint”də kinematoqrafik təqdimatlar, “Word”də yeni tərcüməçi və “Excel”də qıfaoxşar diaqram və xəritəli diaqramlar əlçatan olub.
 
Xatırladaq ki, “Microsoft”un nümayəndələri hələ fevralda məlumat vermişdilər ki, “Office 2019” paketi “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərini dəstəkləməyəcək, yalnız “Windows 10” sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlərdə işləyəcək.
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.