Startap Günləri necə yadda qaldı?-Təəssüratlar

28-02-2018 / 13:49

Məlumat verdiyimiz kimi, fevralın 23-24-də Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib.

Belə ki, 2 gün davam edən tədbirdə tələbələr ekspert və mentorların köməyi ilə irəli sürdükləri ideyalar üzərində layihələrinin ilkin formasını hazırlayıb.

Qeyd edək ki, tələbələr 18-ə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 6 ideya seçilib.

Bu dəfəki Startap Günlərində məktəblilələr də komanda ilə aktiv iştirak edib.

Qalib olan 4 komanda arasında məktəblilər də var.

Universitetdə keçirilən Startap Günləri böyük maraqla qarşılanıb.

 Xeberler.az olaraq Günlər barədə ümumi rəyləri öyrəndik. Görəsən, tədbir necə yadda qaldı? İştirakçılar nədən razı, nədən narazıdır?

Ümumiyyətlə, tədbirin keçirilməsi qaydaları dəyişə bilərmi? İştirakçılar nə təklif edir?

Startap Azerbaijan-nın ekspertlərindən Rəşad Əliyev deyir ki, 2 gün davam edən tədbir nəticəsində onlarla məkləbli və gənc üniversitet tələbələri yeni ideyanın yaranmasını və bunun biznesə çevrilməsi yolundakı bütün mərhələləri mentorların dəstəyi ilə tez bir zamanda öyrənib.

Onun sözlərinə görə, qalib olan ideyaların içində məhz 11-ci sinif şagirdinin olması da buna nümunədir:

“Ümumiyyətlə, belə tədbirlərin kütləviləşməsi gənclərin bu istiqamətə cəlb olunması yaxın gələcəkdə ölkəmizdən beynəlxalq arenalarda yarışa biləcək və hətta böyük biznesə çevriləcək ideyaların yaranmasına təkan verəcək”.

Rəşad Əliyev qeyd edib ki, ümumi dəyərləndirmədə ilk gün ideya formalaşmasından sonra düzgün istiqamət götürən tələbələr ciddi biznes uğuru yolunda addımlar atmağa başlayıb:

“2-ci gün daha ciddi mübarizə ilə və möhtəşəm təlimlər ilə yadda qaldı. Mentorlar və expertlərin təcrübələrindən qalib gəlməyən komandalar da və hətta iştirakçı olanlar da faydalandı. Onlar verdikləri istiqamət sonrasında hazır ideya üzrə verdikləri sualları ilə auditoriya üçün nümunə təşkil edirdi”.

Ekspert vurğulayıb ki, belə tədbirin keçirilməsindən əvvəl daha ciddi təlimlərin keçirilməsi daha faydalı ola bilərdi.

Qərbi Kaspi Universitetindən verilən məlumatda isə Startap Günləri olduqca maraqlı, dinamik, rəngarəng anlarla yadda qaldığı qeyd edilib:

“Yəqin ki, bu tədbirə qatılmış onlarla tələbə və məktəbli uzun müddət bu anları, buradakı yarış və təlimləri, mükafatlandırmadakı həyəcanlı məqamları unutmayacaq. Startap Azərbaycan və Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən Startap Günləri həm də yeni bir modelə çevrildi. Belə ki, ilk dəfə idi ki, bu yarışmaya məktəblilər də qatılırdı. Çox sevindirici haldır ki, onlardan birinin kapitanlıq etdiyi komanda qaliblər sırasına da düşə bildi”.

Ekspertlərdən Rəşid Əliyev hesab edir ki, ümumilikdə Startap Günləri çox faydalı keçib.

Mentor təklif edir ki, komanda formalaşması prossesini biraz təkmilləşdirmək lazımdır:

“Gələn iştirakçılar qeydiyyat zamanı öz ixtisas və bacarıqları haqda qeydlər etsələr, yaxşı olar”.

Qeyd etdiyimiz kimi, yarışmaya məktəblilər də də qatılıb və 15 məktəbli final mərhələsinə keçə bilib. Bakı şəhər, 329 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Azər Hüseynzadə deyir ki, tələbələrlə yarışmaq bir qədər çətin olsa da öyrədici idi:

 “2 gün ərzində gərgin, amma maraqlı vaxt keçirdik. Həm də çox şey öyrəndim”.

 9-cu sinif şagirdi Cavidan Dadaşov isə bu tədbirə qatılmaq üçün Şirvan şəhərindən gəlib: “Şirvan şəhərindən gəlmişəm, 13 saylı orta məktəbdə oxuyuram, sevinirəm ki belə bir faydalı tədbirin iştirakçısı oldum”

212 saylı məktəbin 11-ci sinif şagirdi Azad Vəlizadə də Startup Günlərində xoş təəssüratla ayrılıb:

“Bu günlər, şübhəsiz, unudulmaz bir xatirə olacaq. Çox maraqlı idi. Komandamız da, rəqiblər də həvəslə iştirak etdi. Çox şey öyrəndik”.

11-ci sinif şagirdi Günel Hüseynova isə qalib gələnlər arasındadır:

“Mən ideyam ətrafında birləşən komandam qaliblər sırasına düşdü. İkinci yeri tutduq. Çox sevincliyəm. Eyni zamanda burada öz layihəni necə təqdim etməyi öyrəndim”.

Yarışda komanda formasında iştirak etsə də, qalib ola bilməyənlərdən Azər Nemanlı isə belə tədbirlərin bir netvörkinq imkanı yaratdığını deyib:

"Startap Günləri daha çox startapçıları bir araya toplayan bir müsabiqə kimi yadda qaldı. Hər bir komanda üzvləri inam, əzm və istəklə yarışdı. Gələcəkdə bu kimi müsabiqələrin ölkəmizdə İKT-nin inkişafına tövhə verəcəyinə inanıram”.

İştirakçı hesab edir ki, Startap Günlərində daha çox yenilikçi ideyalara üstünlük verilib, hər bir sahədən mentor və münsiflərin olması daha faydalı olardır.

Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startap Azərbaycan Təşkilat Komitəsi, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startap Günlərinin açılış mərasimi fotoları burada. 

Startap Günlərində ideyaların yarışması fotoları burada. 

Komandaların yarışı fotoları burada. 

İştirakçılar üçün təlimlərin fotoları burada. 

Qiymətləndirilmə fotoları burada. 

Startap Günlərinin yekun təqdimat fotoları burada. 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə