Bill Qeytsin indiyə kimi etdiyi 10 ən böyük səhv

17-09-2010

Xəbərlər.az portalı Dünyanın ən varlı adamlarından olan “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin texnologiya tarixində etdiyi ən böyük 10 səhvi təqdim edir. 1. Bill Qeytsin verdiyi bir çox səhv qərarlar nəticəsində 1998-ci ildə “Microsoft” çətin günlər yaşamağa başladı hətta şirkətin bağlanması təhlükəsi belə yaşandı.

“Internet Explorer 9”un beta-versiyası təqdim olundu

17-09-2010

Ancaq “Acid3” testindən sonadək keçə bilmir “Microsoft” korporasiyası bu gün “Internet Explorer 9” brauzerinin beta versiyasını təqdim edib. Yenilənmiş brauzeri “BeautyOfTheWeb.com” saytından yükləmək olar. İstifadəçilərə brauzerin 33 dildə versiyaları təqdim olunur. Yeni “Internet Explorer”in interfeysində xeyli dəyişikliklər aparılıb.


Bloqosfer 2010-un nümayəndəsi Azər Nəzərov: «Bloqosfer-2010 forumu məqsədinə çatdı»

17-09-2010

Bu məsələdə bizi günahlandıranlar, gedin Adnan və Eminə tədbir haqqında danışın. Cavablarını eşidin. Əminəm ki, mənim tanıdığım Adnan sizi yerinizdə otuzduracaq. Az onların adından istifadə edin. Aranızda onlar üçün fəaliyyət göstərirəm deyib özünə fayda güdənlərin az olmadığını elə hamımız bilirik. Sizli bizli hamımız.

Planşetə çevrilən netbuk yaradılıb

16-09-2010

2010-cu ilin sonuna kimi satışa çıxarılacaq “IDF 2010” Forumunda təmsil olunan “Dell” şirkəti planşet kompüterə çevrilmək imkanına malik mini-noutbuk nümayiş etdirib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Inspiron Duo” adlandırılan yeni qurğu xarici görünüşdən adi netbuku xatırladır.


Bloqçu Rüfət Əhmədzadə «Bloqosfer-2010»dan yazdı

16-09-2010

Bloqosfer-2010 Forumunun iştirakçısı Rüfət Əhmədzadə Nabranda keçirdiyi 3 gün haqda bloqunda fikirlərini yazıb. Xeberler.az saytı həmin yazını təqdim edir. Əvvəla, bloqumun gündəlik yenilənməsi və mənim operativliyimə (qeyri-təvazökar çıxsa da, əksər hallarda belədir) öyrəşmiş daimi oxucularımdan üzr istəyirəm. Çünki, bəzi şəxsi problemlər üzündən bu yazı gecikmiş oldu

Osman Gündüz: «Hazırda ölkə üzrə real olaraq istifadə olunan internet trafikin həcmi cəmi 8 Gb-dir»

16-09-2010

Bu yaxınlarda Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, «Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir». Biz də Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüzdən bu fikirlərə münasibət bildirməyi xahiş etdik.


Kompüter istehsalçısı 1,5 milyard dollara kibertəhlükəsizlik şirkəti aldı

16-09-2010

“Hewlett-Packard” (HP) korporasiyası kibertəhlükəsizlik üçün proqram təminatı istehsalçısı olan “ArcSight” şirkətinin 1,5 milyard dollara aldığını elan edib. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2000-ci ildə təsis edilmiş ArcSight dövlət təşkilatları və şirkətlərin şəbəkə infrastrukturunda kibertəhlükələrin monitorinqi və aşkar edilməsi üçün proqram təminatının işlənib hazırlanması ilə məşğuldur.

“Facebook”un rənginin nəyə görə mavi olduğu üzə çıxıb

16-09-2010

“Facebook”un rənginin mavi olmasının səbəbi üzə çıxıb. “Nyu Yorker” jurnalının verdiyi xəbərə görə, “Facebook”un qurucusu və sahibi, 26 yaşlı Mark Zukerberq yaşıl və qırmızı rəngi görə bilmir. O, yalnız mavi rəngin bütün çalarlarını ayırd edə bilir.


Tvitter Rusiyanı geridə qoydu

15-09-2010

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan Twitterin istifadəçilərinin sayı 150 milyona keçib. Bu barədə Tvitterin xidmət rəisi Evan Uliyams xəbər verib. Bununla Tvitter istifadəçi sayı ilə Rusiyanı geridə qoyub. Uilyams növbəti hədəfləri ilə bağlı suala cavab verməyib. Xidmət rəisi qeyd edib ki, son aylarda Tvitterə telefondan daxil olan istifadəçilərin sayı 87% artıb. Avqusta ayına kimi tvitterə 20 milyard qeyd (tvit) əlavə olunub.

Bu il «Google TV» xidməti istifadəyə veriləcək

15-09-2010

Bu ilin sonunadək ABŞ-da «Google TV» televiziya servisi istifadəyə veriləcək. Servisin dünya üzrə 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub ki, «Google TV» istifadəçilər üçün pulsuz olacaq.


“Gəncə”nin internet saytı yaradıldı

15-09-2010

Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə dizayn və effektləri ilə seçilən saytda “Gəncə” PFK-nın tarixi, rəhbərlik və oyunçular barədə məlumarlar, şəkillər, videolar, komanda barədə son informasiyalar, qədim Gəncə şəhərinin dünəni və bu gününü əks etdirən şəkillər, maraqlı məlumatlar yer alıb:

REGİONLARDA İNTERNETDƏN İSTİFADƏ EDƏNLƏR ÇOX AZDIR

14-09-2010

- Bizim Quba rayonunda internet kluba gedən qızlara pis baxırlar. Qız inretnetdən istifadə edəndə, oğlanlar min cür söyüş söyür, pis videolara baxırlar. - İnsanlar ata-analarından çox mühitlərinə bənzəyirlər. Region insanlarının «wap çatlar»da hansısa tələbatlarını ödəmək üçün kimlərisə axtarmaları normaldır.


Kompüterin sağlamlığımıza zərərlərindən necə xilas olmalı? - ARAŞDIRMA

14-09-2010

Yəqin ki özünüzü kompütersiz təsəvvür etmirsiniz. Amma bu təsəvvür insan fiziki cəhətdən özünü sağlam hiss edəndə hökm sürür. Bəs canımız zərər görəndə, səhhətimizdə problemlər yarananda necə? Sağlamlığın hər şeydən dəyərli olduğunu dərk edəndə necə, o zaman kompütersiz yaşaya bilməyəcəyimiz bizi çoxmu düşündürür?

Osman Gündüz: Bloqosferdə nəyə görə Adnan Hacızadə və Emin Millinin adı çəkilmədi deyən adamların yanaşması dar yanaşmadı.

14-09-2010

\\\'Bloqosfer ölkə miqyasında keçirilən ilk ölkə miqyaslı tədbirdir. Burada bloqçular və yeni media nümayəndələrinin müxtəlif tərəflərini əks etdirən insanlar müxtəlif məsələləri müzakirə etdilər. Xeyli səmərəli müzakirələr oldu. Mənim ümumi qənaətim budur ki, bu tipli tədbirlər Azərbaycan internetinin inkişafına kömək edəcək\\\'.


Bloqosfer-2010da bloggerlər unuduldu?

14-09-2010

"Əgər Azərbaycanın bloggerləri belə bir Forumda iştirak edirdisə, mütləq və mütləq Eminlə Adnanın məsələsi müzakirə edilməliydi. Hamı bilir ki, Eminlə Adnan öz bloqlarında tənqidi mövqedən çıxış etdiklərinə görə həbs olunublar. Mən orda olduğum müddətdə bu məsələnin müzakirə olunduğunu görmədim".

Prezident internetin dövlət tərəfindən idarə olunmasından imtina etdi

14-09-2010

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev internetin dövlət tərəfindən idarə olunması ideyasından imtina edib. Bu cür bəyanatla RF Prezidenti Yaroslavlda keçirilən Dünya Siyasi Forumunda çıxış edib.


YouTube-də canlı yayım

14-09-2010

ünyanın ən böyük video paylaşım saytı olan YouTube-dən daha bir yenilik. 13 sentyabr tarixində YouTube-də canlı verilişin test yayımı olacaq. Test yayımın 4 partnyoru olacaq YouTube - Howcast, Next New Networks, Rocketboom və Young Hollywood. Yayımı izləmək üçün 4 partnyordan birinin səhifəsinə girmək kifayətdir.

Bloqosfer 2010 - fərdi hesabat

14-09-2010

12 sentyabr, Bloqosfer forumunun son günü idi və forum başa çatdı. Mövzu barədə sosial mediada kifayət qədər çox məlumat verməyə çalışdıq. Bloqosferin twitter-də rəsmi hashtag-ı #bloqosfer10 idi. Bu tag altında müzakirələrdən bəzi sitatlar və gedişat haqqında xronoloji ardıcıllıq barədə yazırdıq.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə