Previous Next
Bağla

Milli Net -2010 Qaliblərinin adları açıqlandı

06-12-2010 12:55
Milli Net -2010 Qaliblərinin adları açıqlandı

04 dekabr tarixdə  Ambassador otelində Milli Net 2010 - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqəyə start veriləndən sonra görülmüş işlər haqqında məlumat verib.
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və ümumən nəticələrdən razı qaldığını qeyd edib. O, Azərbaycan İnternetinin inkişafında  , milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin  Qaydalarının da  gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz Müsabiqəyə dəstək verən Azercell Telekom, Delta Telekom və HP şirkətlərinə minnətdarlığını bildirib.

Təqdimat mərasimində Azercell şirkətinin mətbuatla əlaqələr üzrə mütəxəssisi Fəxri Abbasov çıxış edərək bu kimi tədbirlərə dəstək verəcəklərini bildirib, Milli Net müsabiqəsinin Internetdə Azərbaycan dilli resursların və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Təqdimat mərasimində  İTV Yayım Şurasının sədri Cahangir  Məmmədli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  Z. Əliyeva adına məktəbin və Avropa Liseyinin İKT üzrə direktor müavinləri Aygün Əzizova və Rəhilə Əliyarzadə, professor Qulu Məhərrəmli, Sahil-İT şirkətinin direktoru Vahid Qasımov, İREX in əməkdaşı Ələsgər Məmmədli , AİF üzvü  Azər Həsrət , Azercell şirkətinin nümayəndəsi Fəxri Abbasov,  Milli Məclis aparatının əməkdaşı Yaşar Əməşov, AMEA-nın əməkdaşı Firudin Əhmədov, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Qurbanəli Əsədov, İTV-nin Elm və təhsil departamentinin rəhbəri Cəsarət Valehov  mükafatları qaliblərə təqdim ediblər və arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.

Təqdimat mərasimində Facebook sosial şəbəkəsi ilə bağlı filmdən hazırlanan video çarx nümayiş olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.

Milli Net-2010 Müsabiqəsinə Azercell Telekom, DeltaTelekom və HP şirkətləri dəstək veriblər.

Daha geniş məlumat millinet.az da yerləşdiriləcək.

Təqdimat mərasimindən hazırlanan foto-reportajlar  http://picasaweb.google.com/114139910343523491466/MilliNet2010?feat=directlink

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin adları açıqlandı!

19-12-2009

Milli Net 2011 qaliblərinin təqdimetmə mərasimi keçirilib

24-12-2011

Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib

20-12-2012

“Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2013

Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010

“Milli Net 2014” qaliblərinin adları açıqlandı

20-12-2014

Milli Net 2011-in qaliblərinin adları açıqlanıb

23-12-2011

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009

Milli Net 2015-in qalibləri açıqlandı-Fotolar

18-12-2015

Milli Net 2010 Təqdimat mərasimindən hazılanan foto-sessiya

06-12-2010

Bu gün Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

23-12-2011

Milli Net 2010 canlı yayımda

03-12-2010

Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012

Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2018

Milli Net 2011 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2011

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009

Milli İnternet Mükafatının ilkin mərhələsinin yekunlarına dair mətbuat konfransı

03-12-2009

Milli İnternet Mükafatının qalibləri-Foto

21-12-2017

Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

29-11-2010

MilliNet 2016-nın qalibləri açıqlanıb-Fotolar

23-12-2016

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012

Milli Net Müsabiqəsinə start verilir

24-09-2010

Sabah “Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçiriləcək

23-12-2013

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə