Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

İnternet istifadəçilərinin sevimli brauzerlərindən biri olan Opera Azərbaycan dilinə tərcümə oluna bilər.Bununla əlaqədar olaraq Opera-nın rəsmi saytında səs vermə keçirilir.


Opera 15 yaşını qeyd edir!!!

29-04-2009

Bu gün dünyada təxminən 40 milyondan çox insan Windows, Makintoş və Linux proqram təminatlı kompüterlərində Operadan brauzerindən istifadə edir.

Yahoo! GeoCities layihəsini bağlayır

27-04-2009

Pulsuz hostinq servis olan GeoCities öz fəaliyyətinə son qoyur. Bu qərarı 10 il qabaq servisi 4 mlrd. dollara əldə edən Yahoo! qəbul edib.


Azərbaycanın bir nömrəli wap saytı satılır!!!

25-04-2009

Layihə rəhbərinin sözlərinə görə onların belə bir qərara gəlməsinə səbəb yerli mobil operatorların bu layihəyə biganə münasibətidir.Bunun nəticəsində sayt rəhbərliyi Azərbaycanın Wap bazarında qalıb işləmək qərarından vaz keçmək niyyətindədir.


“Eurovision-2009” Azərbaycan təmsilçilərinin saytı yaradılıb

24-04-2009

“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araş cütlüyünün internet saytı açılıb.

Qaynar.info fəaliyyətini davam etdirəcək

23-04-2009

Azərbaycanın qabaqcıl xəbər saytlarından biri olan qaynar.info fəaliyyətini dayandıra bilərdi.Bu haqda portalın internet səhifəsində məlumat verilmişdi.Lakin bu gün açıqlama verən portalın baş redaktoru Zahir Əzəmət fəaliyyətlərini davam etdirəcəklərini bildirib.


Google xəbər və şəkillərdə yeni axtarış tətbiq edir

22-04-2009

Google şirkəti şəkil və yeniliklərdə axtarış üçün yeni alətlər hazırlayıb.

Qaynar.info fəaliyyətini dayandırır?!

21-04-2009

Azərbaycanın qabaqcıl xəbər saytlarından biri olan qaynar.info fəaliyyətini dayandıra bilər.Bu haqda portalın internet səhifəsində məlumat verilib.


Hindistan Azərbaycan vətəndaşlarını İT kurslarına dəvət edir

20-04-2009

Hindistan Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan tərəfini Hindistan hökumətinin 2009-2010-cu illər üçün təqdim etdiyi Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində İT kurslarda iştirak etməyə dəvət edib.

Azərbaycan “Caspian Telecom” regional sərgi-konfransında təmsil olunacaq

20-04-2009

Azərbaycan nümayəndə heyəti “Caspian Telecom” - Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya və Rusiya üçün telekommunikasiya və İT-texnologiyalar üzrə 8-ci regional konfrans və sərgi-təqdimatında iştirak edəcək. Tədbir cari ilin 21-22 aprel tarixində İstanbulda (Türkiyə) keçiriləcək.


Skype-ın bəxti açılıb :)

20-04-2009

Skype qurucuları Niklas Zennström və Janus Friis köhnə firmalarını təkrar satın almaq istəyirlər. Skandinaviyalılar eBaya uyğun sərmayəçilər axtarırlar.


TURAN informasiya agentliyi yeni kontentini açıb

18-04-2009

Turan İnformasiya Agentliyi yeni www.top7.az informasiya kontentini açıb.Bu Azərbaycanda günün ən vacib hadisələri barədə məlumat almaq istəyənlər üçün yaradılmış internet nəşridir.

Abituriyentlər internetdən pulsuz istifadə edə biləcəklər

17-04-2009

Aprelin 21-dən mayın 31-dək ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu aparılacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il sənəd qəbulu bütün ölkə üzrə internet vasitəsilə həyata keçiriləcək.


İE 8`dən istifadə etməyənlərə Microsoft mesaj göndərəcək

16-04-2009

Microsoft İE 6 və İE 7 istifadəçilərinin artıq İE 8`ə keçməsini istəyir. Bu məqsədlə Aprel ayının 3-cü həftəsində istifadəçilərə Avtomatik Aktuallaşdırma yoluyla mesaj göndərəcək.

Google rəngə görə şəkil axtarışını daha da asanlaşdırdı

13-04-2009

Bundan əvvəl Google şəkil axtarışını rənglərə görə də tapırdı.Bunun üçün müəyyən parametrləri daxil etmək lazım gəlirdi. İndi isə vizual olaraq verilən 12 rəng panelindən istədiyiniz rəngə uyğun şəkil axtarmaq mümkün olacaq.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə