2010-cu il o qədər elmi kəşflərlə yadda qaldı ki, hətta elmi-fantastika janrında yazanlar belə bu qədərini təsəvvür etməmişdi. ATASI KOMPYUTER OLAN İLK SÜNİ HÜCEYRƏ Bu ilin mayında ABŞ-da J.Craig Venter tamamilə insanların yaratdığı genlərin nəzarətində olan canlı süni hüceyrə yaratdıqlarını bəyan etdi:
“Samsung” şirkəti dünyanın ən nazik “Blu-ray” pleyeri üzərində işlədiyini bəyan edib. Qalınlığı cəmi 23 mm olan qurğu həm adi, həm üçölçülü “Blu-ray” diskləri dəstəkləyir. Yeni pleyerin 2011-ci ilin yanvar ayının 6-dan 9-dək Las-Veqasda (ABŞ) keçiriləcək "CES 2011" sərgisində nümayiş etdiriləcəyi nəzərdə tutulub. Qeyd olunur ki, pleyer müstəqil şəkildə ikiölçülü təsviri 3D-yə çevirmək imkanı ilə təchiz olunacaq
Azərbaycan Beynəlxalq Bankı bildirir ki, bir neçə gün bundan öncə ABB-yə aid olmayan bir istifadəçi tərəfindən www.disput.az saytında Bankın adından işə qəbul barədə elan yerləşdirilmişdir Azərbaycan Beynəlxalq Bankı vətəndaşların bu və ya digər formada Banka aid olmayan şəxslərlə əlaqə yaradıb, onlara vəd edilmiş müəyyən öhdəliklərin yerinə yetirilməsinə görə heç bir məsuliyyət daşımır.
Yaponiyanın ən iri mobil rabitə operatoru NTT DoCoMo şirkəti LTE texnologiyası bazasında hazırlanmış yüksəksürətli 4G mobil şəbəkəsinin ölkənin üç ən böyük şəhərləri olan Tokio, Osaka və Naqoyedə kommersiya istifadəsinə verilməsi haqqında elan edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, 4G şəbəkəsinin istifadəçiləri mobil telefonlarında internetdən saniyədə 75 meqabitədək məlumat qəbul
The Wall Street Journal (WSJ ) qəzetinin əməkdaşı, tanınmış İT-icmalçı Uolter Mossberq 2010-cu ilin ən uğurlu və daha çox şübhəli nailiyyətlərinin adlarını açıqlayıb. Ekspert yola saldığımız ilin “qəhrəmanı” adına iPad planşet kompüterinin layiq olduğunu hesab edir
Almaniyanın “Volkswagen” qrupu dünən 111 111 111-ci avtomobili istehsal edib. Bu nömrə ilə mavi “Golf GTİ” istehsal edilib. Bu rəqəm hər istehsalçının tarixində cəmi bir dəfə ola bilər. Bu il təqribən 7 milyon avtomobil satan şirkət dünya liderləri sırasına çıxmaq istəyir
“Microsoft” korporasiyası “Windows Phone 7” mobil əməliyyat sistemi ilə idarə olunan 1,5 milyon smartfonun satıldığını elan edib. Bu göstəricini şirkət satışa çıxarılma tarixindən iki ay sonra əldə edib.
Dünyanın ən iri proqram təminatı istehsalçısının hazırladığı interaktiv elektron məktublar sistemində yeni servis vasitəsilə göndərilmiş və qəbul edilmiş bütün məktublar tam interaktiv şəkildə olacaq. Yetərincə funksionald və rahat təsir bağışlayan dizayna malik sistem veb-səhifələrə bənzəyir.
Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır
Yeni “iPhone app” mobil telefonunun “WordLens” programı inanılmaz imkana malikdir. “WordLens” programı yeni “iPhone app” mobil telefonunun kamerası vasitəsilə qarşısına çıxarılan hər bir sözü, cümləni və hətta mətni belə dərhal tərcümə edir. Tərcümə proqramı ispan-ingilis, ingilis-ispan dilləri üçün nəzərdə tutulub. Yeni “iPhone app” mobil telefonu turistlər üçün
Bankamatdan xəbəri olmayan yoxdur. Pul çıxarılır, borclar ödənililir. Ancaq bankomat digərlərindən fərqlidir. Çünki bu bankomatdan pul yox, qızıl çıxır. Almaniyada bir firmanın istehsalı olan cihaz pul və ya kredit kartı ilə 24 əyar qızıl satır. İnternetə bağlı olan bankomat 10 dəqiqə fasilə ilə qlobal bazarlardakı qızıl qiymətlərini də təqdim edir.
İnternet istifadəçiləri 15 dekabr, çərşənbə günü, Moskvada Kiyev dəmiryol stansiyası yanındakı meydanda fotokameralar qarşısında faşist salamı verən təxribatçını müəyyənləşdiriblər. Onların fikrincə bu, Moskva Dövlət Universitetin sosioloji Fakültəsinin tələbəsi Levon Rustamoviç Arzumanyandır.
Dövlət Statistika Komitəsi müxtəlif xidmət sahələrində çalışan işçilərin bu ilin 11 ayı üzrə əməkhaqqı göstəricilərinə dair məlumatları açıqlayıb.
18 aydan sonra dünya üzrə smartfon və planşetlərin ümumi satış həcmi ilk dəfə olaraq personal kompüterlərin (PK) satış həcmini keçəcək. Bu barədə proqnoz verən IDC analitik şirkətinin mütəxəssisləri qeyd edirlər ki, bundan sonra smartfon və planşetlərin satış göstəriciləri artıq PK-lardan hər zaman yüksək olacaq.
“Dialog Semiconductor” şirkəti real zaman rejimində adi ikiölçülü təsviri xüsusi eynəksiz baxılan irihəcmli təsvirə çevirmək imkanına malik yeni mobil çip təqdim edib.
ABŞ-da son altı ay ərzində personal kompüter qiymətlərində artım müşahidə olunur.Kompüterlərin qiymətləri hətta bayram endirimləri mövsümündə belə digər istehlakçı elektronikası məhsullarının ucuzlaşmasına baxmayaraq artmaqdadır.
Jurnalın mütəxəssisləri reytinqin birinci pilləsində cari ilin sentyabr ayına kimi 7,5 milyon ədəd satılmış “Apple iPad” planşet kompüterini yerləşdiriblər.
Gün ərzində dünya üzrə milyonlarla sənəd, çox vaxt buna xüsusi zərurət olmadan çapa verilir. Ofis işçilərinin, eləcə də personal kompüterlərin ev istifadəçilərinin bu cür “qeyri-ekoloji” hərəkətlərinin qarşısını almaq üçün Ümumdünya Vəhşi Təbiət Fondunda (WWF) yeni fayl formatı yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları